Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə dağ kombaynları istifadəyə verilib

Kənd Təsərrüfatına Nazirliyinə məxsus "Aqrolizinq" ASC ilk dəfə dağ kombaynlarını yerli fermerlərin istifadəsinə verib...

Bununla ölkəmiz həm də MDB məkanında ilkə imza atmış olub.

Xatırladaq ki, bu il Prezident İlham Əliyev dağlıq ərazilərdəki əkin sahələrində biçinin həyata keçirilməsi üçün yeni dağ kombaynlarının alınmasına vəsait ayırıb. Artıq "Aqrolizinq" 25 ədəd dağ kombaynı alaraq onlardan 6-nı ölkəyə gətirib. Kombaynlar bu gün çətin relyefli sahələrdə test edilib və fermerlərə təqdim olunub. Onlar Cəlilabad rayonunun Ləzran kəndində biçin işləri aparıb. YardımlıLerik rayonlarında da bu kombaynlar çalışır.

Ölkəyə gətirilən yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Kombaynın 6 000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərə təmiz və bol məhsul yığmaya kömək edəcək. Biçinə aran rayonlarından, arpa sahələrindən başlanılıb və proses demək olar ki, yekunlaşıb. Hazırda dağ rayonlarında buğda biçini, eləcə də dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.

Dağ kombaynları Cəlilabad, YardımlıLerik rayonlarında işlərini bitirdikdən sonra, digər dağlıq rayonlarda (biçinin gec başladığı Gədəbəy, Daşkəsən və s. rayonlarda) fermerlərə xidmət edəcək.

Xatırladaq ki, bu il Azərbaycan ərazisində (Naxçıvan MR istisna olmaqla) 974 min hektara yaxın taxıl sahəsi mövcuddur ki, bunun 614 min hektarı buğda, 360 min hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə 1 700-dən çox taxılbiçən kombayn cəlb olunub, bunun 710-u “Aqrolizinq”ə məxsus, 990-ı isə fiziki şəxslərə və iri təsərrüfat sahiblərinə məxsusdur. Ötən ildə oluğu kimi bu il də, “Aqrolizinq” ilk olaraq 50 hektara qədər olan taxıl sahələrinin biçilməsinə dəstək verir. Biçin qiyməti ötən il olduğu kimi 1 hektar taxıl sahəsi üçün 38 manatdan çox deyil.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar