Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb

Bu gün Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilərək Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb...

Azərbaycan Hotellər Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam təlim zamanı iştirakçıları ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırıb.

Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

G.Sağlam qeyd edib ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna bu ilin may ayından başlanılacaq.

Tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının Ulduz Təsnifatı üzrə Meneceri Rəşad Niyazov, "Ecober Azerbaijan"ın satış meneceri Gökmen Kesab, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov, dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.

Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

İcra başçısının müavini vəzifəsindən azad edildi  

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

Ramiz Mehdiyev maaşının yarısını fonda ianə etdi

Qlobal pandemiyaya qarşısında aciz qalan ABŞ super güc titulunu itirir...

İslahatların gerçək hədəfi: “mahmudovçu”ların “göyərtədən kənara” atılması yekunlaşır

loading...

Ən çox oxunanalar