Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda həmrəylik və uğur möhürünü vuran partiya – VHP

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Maraqlı tarixdir. Bu tarix il baxımdan Azərbaycanın Dövlət Müstəqilliyindən bir il sonra, gün baxımdan Zəfər Savaşının başlamasından bir gün öncədir.  Təsadüfi görünəcək uyğunluğun arxasında bir zərurət var. İstiqlalımızın qorunmasının, ərazi bütövlüyümüzün bərpasının təməlində məhz VƏTƏNDAŞ HƏMRƏYLİYİ ideyası durdu.

1992-ci ilin payızında Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

Bu çıxışdan və partiyanın  yaranmaslnda  29 il keçib və  bu günölkənin  siysi  durumu VHP liderinin irəli sürdüyüideologiyanın nə qədər doğru və çağdaş  olduğunu təsdiqləyir. VHP 29 il ərzində heç bir siyasi avantüraya uymadan  ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın  işğaldan azadedilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib.

İdeologiyasına, siyasikursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında özsözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz millimövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakimpartiyadan sonra müstəqillik illərində keçirilən  bütünseçkilərdə  iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda  Milli  Məclisdə  ikinci  ən çox  təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil  olunub. Bu gün80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın  üzvüvar.

Bu gün Azərbaycan siyasi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox– millətimiz, bizimsözümüz yox– xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox– sevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq…Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.

Partiyanın 29 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”

Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar