Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hansı sular təhlükəlidir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib...

Nazirlikdən verilən məlumata görə, sentyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 31 m3/san artaraq 133 m3/san təşkil edib. Bunu jurnalistlərə açıqlamasında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisi Gülnarə Abbasova deyib.

Monitorinqin nəticələrinə əsasən Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistan respublikalarının ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub. Sərhəddən keçdikdən sonra Kür çayı -Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,9 -6,90 mq/l arasında dəyişib.

Sentyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenollar aşağıdakı məntəqələr üzrə Kür-Şıxlı-2-də 1,2 , Agstafa s\a Musaköy k.-də 1,2, Ağstafaçay-Qazax şəhərində isə 1,8 dəfə normanı keçib. Araz çayı-Horadiz, Araz çayı-Bəhramtəpə və Araz çayı-I Şahsevən məntəqələrində isə fenollar 1,9-2,5 dəfə normanı keçib. Biogen maddələrin isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.

Xatırladaq ki, 18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib və həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir.

pia.az


Etiket: su monitorinq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar