Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hansı rayon və şəhərlərin nə qədər kredit borcu var?

Azərbaycanda cəmi kreditlərin 80 faizi, milli valyutada olan kreditlərin 72,7 faizi, xarici valyutada olan kreditlərin 97 faizi Bakıda verilib.

PİA.az Mərkəzi Bankın 2020-ci ilin yekunları ilə bağlı açıqladığı statistik məlumata istinadən bildirir ki, Bakıda kredit daha çox verildiyinə görə problemli kreditlərin də çox hissəsi paytaxtın payına düşür. Belə ki, ötən ilin sonunda olan məlumata görə vaxtında qaytarılmayan kreditlərin həcmi 832,6 milyon manat olub və bunun 741,8 milyon manatı, yəni 89,1 faizi Bakıda qeydə alınıb. Bakıda verilən kreditlərin 6,5 faizinin vaxtında qaytarılmadığı məlum olur.

Respublikanın digər rayon və şəhərlərinin kredit borcu ümumilikdə 2,827 milyard manat dəyərindədir. Xarici valyutada regionların kredit borcu 136 milyon manat həcmindədir. Regionların kredit borcu az olmaqla bərabər problemli kreditlərin də xüsusi çəkisi azdır. Statistika göstərir ki, rayon və şəhərlər üzrə vaxtında qaytarılmayan kreditlərin cəmi kreditlərdə payı 3,21 faizdir.

Bakıdan sonra ən çox kredit borcu olan şəhər və rayonlar bunlardır: "Gəncə şəhəri 343,1 milyon manat (vaxtında qaytarılmayan kredit 11,1 milyon manat), Sumqayıt şəhəri 338,3 milyon manat (problemli 18,2 milyon manat), Naxçıvan şəhəri 125,2 milyon manat (3,3 milyon manat), Zaqatala rayonu 100,2 milyon manat (0,9 milyon manat), Lənkəran şəhəri 98 milyon manat (5,8 milyon manat), Abşeron rayonu 96,4 milyon manat (6,5 faiz), Şəmkir rayonu 91,7 milyon manat (3,2 milyon), Mingəçevir şəhəri 89,1 milyon manat (1,7 milyon manat)”.

Statistika göstərir ki, tamamilə işğal edilən rayonların kredit borcu yoxdur. Bununla bərabər elə rayonlar var ki, onların kredit borcu olduqca azdır. Kredit borcu ən az olan rayonlar bunlardır: "Sədərək rayonu 2,7 milyon manat (problemli kredit borcu 0,014 milyon manat), Xızı rayonu 3,9 milyon manat (vaxtında qaytarılmayan 0,057 milyon manat), Qobustan 5,8 milyon manat (0,1 milyon manat), Ordubad 6,5 milyon manat (0,059 milyon manat), Oğuz 6,9 milyon manat (0,08 milyon manat), Zərdab 7 milyon manat (0,07 milyon manat), Daşkəsən 7,1 milyon manat (0,11 milyon manat), Şahbuz rayonu 8 milyon manat (0,12 milyon manat), Ucar rayonu 9 milyon manat (0,2 milyon manat)”.

Az kredit götürən rayonlarda problemli kreditlərin də payı azdır. Bu baxımdan Lerik, Yardımlı, Ordubad, ŞərurSədərək fərqlənir. Adıçəkilən rayonların kredit borcunun 1 faizdən az hissəsi vaxtında qaytarılmır.

Daha çox kredit alan şəhər və rayonlar arasında isə problemli kreditlərin xüsusi çəkisi az olanlar Zaqataladır. Burada problemli kreditlərin payı 1 faizdən azdır. Problemli kredit payı çox olan rayon və şəhərlər arasında liderlik Gədəbəyə (16 faiz), Abşerona (6,8 faiz), Neftçalaya (6,6 faiz), Bakıya (6,5 faiz), Lənkərana (6 faiz) məxsusdur.

pia.az 


Etiket: Kredit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar