Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hakimlər niyə bəraət hökmü çıxarmır?

Bəraət qərarları ədliyyə sisteminin müstəqil olmasının əsas göstəricilərindəndir

Təəssüf ki, Bakı sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, respondentlərin 90 faizi məhkəmələrə etibar etmir.

Azərbaycan məhkəmələri ədalətli ədliyyə tələblərinə cavab verirmi?

Azərbaycanda müttəhimlərin bəraət alma ehtimallarının nə dərəcədə yüksək və ya aşağı olması barədə Oxu.Az-ın sualını tanınmış vəkil Ceyhun Yusifov cavablandırıb.

Vəkilin sözlərinə görə, ittiham hökmləri ilə müqayisədə, bəraət qərarlarının sayı azdır. Lakin bu, bəraət qərarlarının yox səviyyədə olduğu mənasına gəlmir.

“Bəraət qərarları təxminən 1 faiz təşkil edir. Azərbaycanda bəraət qərarlarının sayının artırılması ilə bağlı tendensiya 2013-cü ildən başlayıb. Mən öz praktikamda dəfələrlə ağır cinayətlər üzrə hakimin bəraət qərarı çıxarması ilə üzləşmişəm. Bu praktika Gəncə Apellyasiya Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində tətbiq olunur. Ötən il iştirak etdiyim ağır cinayətlərə dair məhkəmə proseslərində Bakı şəhər Ağır Cinayətlər Məhkəməsi beş nəfərə bəraət verib”, - deyə vəkil bildirib.

C.Yusifovun fikrincə, hakimlər bəraət qərarı çıxarmaqdan çəkinməməlidirlər, belə ki, bu, istənilən halda ədalətsiz hökmdən yaxşıdır.

“Necə olur, hər 100 işdən 99-da ittiham aktı təmin edilir? Hüquqi nöqteyi-nəzərdən bu, düzgün yanaşma deyil. Hakimlər daha seçici olmalıdır. Axı dövlətin siyasəti ədliyyə sisteminin obyektiv və ədalətli olmasına əsaslanır”, - deyə o qeyd edib.

Azərbaycan Ali Məhkəməsində də bəraət qərarları çıxarılır, amma onlar azlıq təşkil edir. Ali Məhkəmədə qeyd ediblər ki, ədliyyə sistemində sağlamlaşdırma prosesi gedir.

Ali Məhkəmədə baxılan cinayət işləri üzrə bəraət qərarları praktikası barədə fikir yürütmək çətindir, belə ki, son instansiyaya onların yalnız 4-5 faizi gəlib çatır.

Azərbaycanın vahid məhkəmə portalına əsasən, məhkəmə praktikası və dörd il ərzində çıxarılmış bəraət qərarlarının ümumi sayı barədə məlumat almaq olar.

2014-2018-ci illər ərzində Azərbaycanda 137 bəraət qərarı verilib. Belə qərarlar üzrə Yasamal rayon Məhkəməsi (34), Nərimanov rayon Məhkəməsi (19), Bakı Ağır Cinayətlər Məhkəməsi (12), Quba rayon Məhkəməsi (11), Şəki Ağır Cinayətlər Məhkəməsi (10) öndə gedir.

Ağdaş, Gədəbəy, İmişli rayon məhkəmələri, Mingəçevir şəhər Məhkəməsi, Bakı Hərbi Məhkəməsi isə hərəsinə bir bəraət qərarı çıxarıb.

Ən çox bəraət qərarı çıxarmış hakimlər Ramin Qurbanov, Azər Tağıyev, Zamin Tahirov, Rəşad Abdulov, Samir Məmmədov, Hüseyn Səfərov, Rəşid Hüseynov, Vüsal Qurbanov, Xəqani Səmədovdur.

Digərlərini nisbətən daha az bəraət vermiş 11 hakimin də adı həmin siyahıda var. Ümumilikdə 35 hakimin adları qeyd olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar