Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Azərbaycanda gənc qadın üç övladı ilə birgə itkin düşdü - Foto

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb...

PİA.az xəbər verir ki, bu barədə Xızı Rayon Polis Şöbəsindən (RPŞ)  məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102”  xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi  və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli  gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub. 

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən  DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur. (APA)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Xızı hadisə

Şərh yazın.


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

ABŞ-a meydan oxuyan Çin iqtisadiyyatına niyə “virus düşdü”?..

Siyavuş Novruzovdan həbs olunan icra başçısı ilə bağlı inanılmaz açıqlama

Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır: Muxtar Babayevin əmisi oğlunun başı dərdədir

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq

İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar

4 partiyalı sistem keçid edən ABŞ amansız bir ideoloji müharibəyə sürüklənir…

Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə...- Pediatrdan məsləhət

DTX-nin sorğuladığı xanım müavinlə bağlı yeni xəbər

Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi – Sərəncam

Bu gün Azərbaycanla tarixi addım atacağıq – Ərdoğan

"Elə bil, qapı pusursan…" - Kəramət Böyükçöldən Erkin Qədirliyə

loading...

Ən çox oxunanalar