Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

“İnsanlar bir yerə toplaşmamalı, yoluxma situasiyası yaratmamalıdırlar”...

Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu müşavirəsi göstərdi ki, insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meylli deyillər: "Burada söhbət həyati vacib hərəkətlərin məhdudlaşdırılmasından getmir. İnsanlar ehtiyac olmadığı hallarda küçələrə çıxırlar, toplaşırlar, məsafə tələblərini gözləmirlər. Qadağa qoyulub ki, Bakı, Sumqayıt və Abşerondan rayonlara gedilməsin və eləcə də gəliş olmasın. Bu qaydalar pozulur. Daxili İşlər Nazirliyi 3 gün ərzində 746 nəfərə inzibati cəza tətbiq edib. Bu o deməkdir ki, insanlar qaydalara pozmağa meyillidirlər. Cəzaları sərtləşdirmək olar, sadəcə, Operativ Qərargah ümid edir ki, insanlar real situasiya ilə tanış olduqca övladları, ailələri qarşısında fərdi məsuliyyətlərini dərk edəcəklər. Təbii ki, qaydalara əməl etməsələr, situasiya belə davam edərsə, hökumət qaydaları daha da sərtləşdirəcək. Hökumət “A”dan “Z”yə qədər nə etmək lazımdırsa, bilir. Hətta fövqəladə vəziyyətin tətbiqi də istisna olunmur. O yerə gedib çıxmamaq üçün həmrəy olmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar