Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ət niyə bahalaşır: süni qiymət artımı yoxsaa?

"Təlabatın artmasından istifadə edənlər də var"...

Bu qış bölgələrdə havaların quraqlıq və mülayim keçməsi heyvandarlıqla məşğul olan kəndli-fermerləri çıxılmaz vəziyyətdə qoyub. Bu ayın əvvəlindən ot bazarında qiymətlər artıb. Fermerlər vəziyyətdən çıxmaq üçün yağışın yağmasını arzulayırlar.

PİA.az ölkədə ot bazarındakı vəziyyəti və bunun ətin qiymətinə təsirini araşdırıb. Bəlli olub ki, hazırda təbii otun bağlaması 4 manat-4 manat 50 qəpiyə, yonca bağlaması 6, Aran və Qərb bölgəsində isə 6 manat 50 qəpik-7 manata satılır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azı 1-2 manat bahadır. Fermerlər bildiriblər ki, martın ikinci ongünlüyüdür, amma bəzi ərazilərdə ot hələ göyərməyib. Lakin onların fikrincə, hava şəraiti və yemə təlabatın artması ətin qiymətinin bahalaşması üçün əsas deyil. Rayonlarda hazırda mal ətinin kiloqramı 9 manat-9 manat 50 qəpikdən təklif edilir.

Bərdəli fermer: Təlabatın artmasından istifadə edənlər də var

Bərdəli fermerin sözlərinə görə, otun bahalaşması xərcləri artırıb. Çünki heyvandarlıqda xərclərin təxminən 70 faizi yemin payına düşür: “Bazarda qiymətlər artır, hazırda arpa da 45 qəpiyədir. Örüş sahələri olmadığından yemin ümüdinə qalmışıq. Hazırda zərərlə işləyirik. Yemə təlabatın artmasından istifadə erdərək qiymətləri qaldıranlar da var”.

Fermer əlavə edib ki, 1500-ə yaxın iribuynuzlu heyvanı var. Qışda quraqlıq olduğundan ot tədarükü yaxşı olmayıb. “Bir inək günə bir bağlama yeyir, indi xərci siz özünüz hesablayın. Ət və süd satışından qazanırıq. Kənddə südün litri 90 qəpik-1 manatdır. Ona görə də heyvan saxlamaq çətindir”,-fermer söyləyib.

Amma ətin bahalaşmasına səbəb yoxudr...

Onun sözlərinə görə, yemin qiymətinin 1-2 manat artması ətin bahalaşması üçün ciddi səbəb deyil. O və digər fermerlər mal ətinin kiloqramını 9 manat-9 manat 50 qəpikdən təklif edirlər. Diri çəki isə 4 manat 60 qəpiyə düşür. “Bizdən 9 manatdan alırlar, Bakıda 12-13 manatdan satırlar. Yol xərci, daşınması, yer haqqı nəzərə alınsa belə qəssablar bir inəkdən min manatdan artıq pul qazanırlar. Buna görə də Novruz bayramı ərəfəsi ətə təlabatın artmasından istifadə edib qiymətləri qalsdırmağa əsas yoxdur”,-fermer belə izah edib.

Digər fermer Sahib Əliyev isə bildirib ki, çətini yağış yağanadəkdir, uzaqbaşı aprelin birinci ongünlüyünədək qiymətlər enəcək: “Pambıqçılıqda yaxşı qazanc var, buna görə də yoncaya maraq azalıb. Amma yenə də çətini aprelin əvvəlinədəkdir”.

Dərdimiz tək quraqlıq deyil...

Ağdaşlı fermer isə bildirib ki, təkcə quraqlıqla iş bitmir. 1 hektar sahəyə təxminən 200 kilo gübrə vurulur. “Ötən il 50 kilosunu 8 manatdan aldığımız gübrə bu il 27 manat oldu. Yəni 108 manat təkcə gübrəyə xərcləyirik”,-yonca, arpa əkini ilə məşğul olan fermer əlavə edib. Amma onun sözlərinə görə, yoncanın 7 manatdan satılması iddiası doğru deyil, “Əgər 7 manatdan istəyən olarsa qazancımız yaxşı olar”, -fermer belə söyləyib.

Onun sözlərinə görə, digər bitkilərdən fərqli olaraq yonca 1 dəfə əkilir, 4 dəfə biçilir. “Yonca əziyyət tələb edən işdir, sahəni ziyanvericilərdən, gəmiricilərdən qorumaq lazımdır, qulluq edilməlidir. Ziyanvericilər, quraqlıq nəzərə alınmasa 4 dəfə biçindən sonra 960-1000 manat qazanc qalır. Quraqlıq olanda yükümüz artır”.

Ekspert: Gübrə bahalaşmayıb, əksinə...

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə bildirib ki, bu il qışın quraqlıq keçməsi ümumilikdə bütün kənd təsərrüfatı məhsullarına təsirsiz ötüşməyib. Eləcə də hazırda bazarda yoncanın, quru otun, arpanın cüzi də olsa bahalaşması müşahidə edilir: “Bu il qışın mülayim keçməsindən istifadə edənlər oldu. Fikirləşirlər ki, quraqlıq davam edəcək. Qarışıq ot həmişə 3 manat- 3 manat 50 qəpik olub, amma indi 4 manat- 4 50 qəpikdən satırlar. Eləcə də təmiz yonca 5 manatdan baha olmurdu, amma artıq 6 manata təklif edilir”.

Dövlət fermerin işin asanlaşdırıb

Ekspert gübrə, azot, yaxud yanacaq, motor yağlarının birdən-birə bahalaşması və bunun yemlərin qiymətinə təsiri ilə bağlı fermerlərin iddialarını da izah edib. Onun sözlərinə görə, gübrənin, yanacağın, yaxud motor yağının qiyməti artmayıb. Sadəcə sistem dəyişib: “Əvvəlki illərdə dövlət həmin mal və məhsulları subsidiyalaşdırırdı, fermer sənədlərini göstərməklə məsələn gübrəni 70 faiz güzəştlə 7-8 manatdan alırdı, real qiymətlərdən xəbərsiz idi. Əslində azot gübrəsinin real qiyməti elə 27-33 manat arasında olub. Bu ildən subsidiyalar əsaslı şəkildə artırılıb, həmin vəsait fermerin özünə verilir. Ölkədə 21 təhcizatçı şirkət var, indi fermerlərə imkan verilib ki, yanacağı, gübrəni bazarda kimdən istəyir alsın. Məsələn, 250 kiloqram yemləmə gübrəsi alınmalıdır, həmin məbləğ fermerin kartına köçürülür. Ona görə də fermerə elə gəlir ki, qiymətlər ötən ilə nisbətən artıb. Əslində isə fermerin işi asanlaşıb”.

Nəsirli əlavə edib ki, əvvəl fermer subsidiya məbləğini xərcləyirdi, əkin vaxtı pul tapa bilmirdi. İndiki sistem fermeri məcbur edir ki, dövlətin verdiyi subsidiyanın 75 faizini toxuma, gübrəyə, texnikaya, becərillməyə xərcləsin. Yəni fermer karta köçürülən məbləğin 75 faizini xərcləyə bilmir. “Fermer elektron kabinetində o xidmətləri sifariş edir, şirkət təsdiqləyir, sənədləşdirmə aparılır. Göstərilən xidmətləri sistemdə fermer, şirkət, eyni zamanda aidiyyatı qurumlar izləyə bilir. Xidmətlərə görə fermer 75 faizini alır”,-Nəsirli bildirib.

Ət niyə bahalaşır?

Nəsirli hesab edib ki, hər il Novruz ərəfəsi ətin bahalaşması məsələsi qaldırılır. Çünki bayramda ətə təlabat artır. Amma bahalaşmaya əsas yoxdur: “Nazirlər Kabineti bu günlərdə çox mühüm bir bəyanat verdi, ölkədə istehlak bazarına ciddi şəkildə nəzarət olacaq. İndiki məqamda ətin qiymətinin artırılmasına səbəb yoxdur”.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır məqsədilə dövlət proqramı, eləcə də digər tədbirlər həyata keçirilir. Onlardan biri də örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına sahəsində işlərin aparılmasıdır. Yaxın gələcəkdə heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. (Virtualaz.org)

pia.az


Etiket: ətin qiyməti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar