Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dollara tələbat niyə artıb?

Hazırda sərhədlərin bağlı olduğu indiki şəraitdə dollara bu qədər tələbin artımasının səbəbi nədir?..

 

İqtisadçı-ekspert: “Əslində xarici valyutaya tələb, həm də daxildə bir narahatçılıq olanda, ictimai-siyasi situasiyada gərginlik baş verəndə də artır”. 

“İlin sonuna qədər dolların kursunun dəyişəcəyi ehtimalı çox aşağıdır”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli ölkədə dollara olan tələbin artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd.

Dünən Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. ABŞ dollarına tələb iyunun 4-nə nisbətən 8 milyon ABŞ dolları və yaxud təxminən 17,9% artaraq 52,7 milyon ABŞ dolları təşkil edib.

Hazırda sərhədlərin bağlı olduğu indiki şəraitdə dollara bu qədər tələbin artımasının səbəbi nədir və dollara təlabatın artması manata təzyiqlər yarada bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Hökumət birmənalı olaraq deyib ki, dolların kursunu dəyişmək niyyətləri yoxdur”.

Bankların xarici borclarının ödənilməsi ilə bağlı da dollara tələb artdığını vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, yəni banklar götürdükləri kreditləri geri qaytarmaq üçün dövriyyədən daha çox dollar tələb edirlər, alırlar:

“Adətən turizm sezonu başlayanda ölkədə dollara tələb artırdı. Amma indiki vəziyyət hamıya məlumdur.

Əslində xarici valyutaya tələb, həm də daxildə bir narahatçılıq olanda, ictimai-siyasi situasiyada gərginlik baş verəndə də artır. Təbii ki, Azərbaycanda dolların kursunun əsas təkanverici qüvvəsi neftin qiymətidir. Neftin qiyməti ilə ölkədə dolların kursu müəyyən olunur.

Eyni zamanda bankların xarici borclarının ödənilməsi ilə bağlı da dollara tələb artır. Yəni banklar götürdükləri kreditləri geri qaytarmaq üçün dövriyyədən daha çox dollar tələb edirlər, alırlar.

Amma mən indi dollara tələbatın artmasını qeyri-adekvat hesab edirəm. Çünki həm neftin qiyməti sabitləşməyə doğru gedir, həm də iqtisadi fəaliyyət azdır.

Nazim Bəydəmirli: “Nə şərh versək də, onsuz da hökumət bazar amilləri ilə hərəkət etmir və öz bildiyini edir”.

Bildiyimiz kimi manata təzyiq ancaq neftin qiymətində asılıdır. Əgər neftin qiyməti 3-6 ay 40 dollardan aşağl olsa, bizim tədiyyə balansımızda problem yaranacaq. Bunda da hökumət devalvasiyaya getməyə məcbur qalacaq.

Onu da qeyd edim ki, Azərbaycanda dollar inzibati yolla müəyyənləşdirilir. Hələ ki, Mərkəzi Bank manatın məzənnəsini sabit saxlaya bilir. İlin sonuna qədər dolların kursunun dəyişəcəyi ehtimalı çox aşağıdır. Hökumət birmənalı olaraq deyib ki, dolların kursunu dəyişmək niyyətləri yoxdur. Buna görə də nə şərh versək də, onsuz da hökumət bazar amilləri ilə hərəkət etmir və öz bildiyini edir”.

Nərminə UMUDLU
pia.az


Etiket: dollar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar