Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dini ekstremizm təhlükəsi varmı və bu təhlükə hardan idarə olunur?..

Ekspertlərin bir çoxu bildirir ki, Azərbaycanda dini ekstremizm təhlükəsi var. Və bu təhlükədən başqa ölkələr istifadə etməklə Azərbaycanı təhdid edirlər...

Politoloq: “Əslində dini ekstremizmi Azərbaycanda yaymağa çalışanlar var. Bu da əlbəttə, xaricdən bilavasitə idarə olunan prosesdir”.

“Hər kəs bilməlidir ki, dini ekstremizmi nə qədər Azərbaycanda yaymaq və körükləmək istəsələr də, Azərbaycan cəmiyyəti buna imkan verməyəcək. Çünki bu absurd ekstremizm xurafatçılığna gedə biləcək adamlar Azərbaycan xalqı içərisində say baxımından yetərli deyil”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycanda dini ekstremizm təhlükəsinin böyüməsi iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

İki gün bundan öncə keçirilmiş Aşura mərasimindən yayılan fotolar və videolar da sosial medianın müzakirə mövzularındandır. Bəzilərinə görə Azərbaycanda dini ekstremizm təhlükəsi böyyüyr və Londonda səfirliyimizə olunan hücumdan sonra da bu qənatə güclənməkdədir.

Ekspertlərin bir çoxu bildirir ki, Azərbaycanda dini ekstremizm təhlükəsi var. Və bu təhlükədən başqa ölkələr istifadə etməklə Azərbaycanı təhdid edirlər. Bu dəfə həmin ölkələr radikal şiələrdən istifadə edirlər.

Xüsusən Azərbaycanda kiçik miqyaslı olsa da, hansısa proseslər baş verir. Misal üçün Hacı Şahinin adına saxta profilin açılması, şortikli insanların bəzi yerlərə buraxılmaması, çarşablı qadınlardan birinin divarlara dini şüar yazması və bəyanatlar səsləndirməsi, Yevlaxda bir müəllimin şagirdlərinə mərsiyə oxudub və videosunu yayması son vaxtlar ard-arda baş verən və müzakirə olunan məsələlərdəndir.

Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edən həmin radikallar da bəyanatlarında Şəhla adlı bir dindar qadına təzyiqlərə görə belə bir addım atdıqlarını bildirirlər. Güman olunur ki, həmin Şəhla adlı qadın divarlara dini şüar yazan qadındır.

Bəs Azərbaycanda dini ekstremizm təhlükəsi hansı səviyyədədir və bu təhlükə varsa, daha çox daxildənmi, yoxsa xaricdən idarə olunur?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün qonşu İranın, başqa din pərdəsi altında olan müəyyən şəbəkələrin saxta fətvalarına maliyə qarşılığında gedə biləcək cahil insanlar var”.

Bu cür ekstremizmə gedəcək insanların sayının barmaq çərçivəsində olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, buna görə bu yöndə xəyallar quranlar elə xəyal çərçivəsində də qalacaqlar:

“Əslində dini ekstremizmi Azərbaycanda yaymağa çalışanlar var. Bu da əlbəttə, xaricdən bilavasitə idarə olunan prosesdir. Qonşu ölkələrdə bu yöndə ciddi fəaliyyət göstərən ölkələr və onların xüsusi xidmət orqanları mövcuddur. Bu da artıq on illərdir ki, Azərbaycanda mövcuddur.

Ancaq hər kəs bilməlidir ki, dini ekstremizmi nə qədər Azərbaycanda yaymaq və körükləmək istəsələr də, Azərbaycan cəmiyyəti buna imkan verməyəcək. Çünki bu absurd ekstremizm xurafatçılığna gedə biləcək adamlar Azərbaycan xalqı içərisində say baxımından yetərli deyil.

Müəyyən bölgələr var ki, bölgələrdə xurafat hər zaman öndə olub. İslam dini ilə heç bir əlaqəsi olmayan xurafata yönəlik bəzi adət və vərdişləri ortalığa qoymaqla, bundan sui-istifadə etməklə, insnaları zaman-zaman istismar edə biliblər. Bu gün yaşananlar da əslində, bunun bilavasitə göstəricisidir. Amma bunun toplumda böyük bir qarşıdurmaya gətirib çıxaracağına mən inanmıram. Çünki bunun potensialı Azərbaycanda çox deyil və heç vaxt da olmayacaq.

Natiq Miri: “Bizim dini qurumlar islam dinini lazım olan elmi səviyyədə topluma çatdıra bilməlidirlər ki, nəyin nə olduğunu ən azından insanlarımız daha yaxşı bilsinlər”.

Ola bilər ki, bu gün qonşu İranın, başqa din pərdəsi altında olan müəyyən şəbəkələrin saxta fətvalarına maliyə qarşılığında gedə biləcək cahil insanlar var. Ancaq bu cahil insanların Azərbaycan toplumunda təsiri nə qədərdir? Bu böyük sualdır. Buna görə də düşünürəm ki, Azərbaycan xalqı, bu cəmiyyət daha çox dövlətinə, vətəninə, millətinə bağlı insanlardır. Bu cür ekstremizmə gedəcək insanların sayı barmaq çərçivəsindədir. Buna görə bu yöndə xəyallar quranlar düşünürəm elə xəyal çərçivəsində də qalacaqlar.

Ayrıca düşünürəm ki, bu məsələdə təkcə Azərbaycan dövlətinin xüsusi xidmət orqanları deyil, bütün xalq həssas olmalıdır. Bu cür insanlara qarşı barışmaz olmaq lazımdır ki, bu cür yarasız ideoloji xülyaları, cahilliyi toplumda yaya bilməsinlər.

Onu da qeyd edin ki, bizim dini qurumlar islam dinini lazım olan elmi səviyyədə topluma çatdıra bilməlidirlər ki, nəyin nə olduğunu ən azından insanlarımız daha yaxşı bilsinlər. İnsnalar başa düşsünlər və bu cür xurafat bilgilərə uymasınlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar