Bu gündən Qazax rayonunda fəaliyyət göstərən altı məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər iki həftə distant formada davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərdə koronavirus pandemiyasına görə dərslər distant təhsilə keçirilib.
pia.az