Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanda daha 6 qızıl, 1 polimetal və 4 mis yatağı istismara veriləcək

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

PİA.az-ın “AzerGold”a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğu qeyd olunub.

“AzerGold”un geoloji kəşfiyyat, hasilat və digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, yeni mədənlərin işə salınması, dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən Z.İbrahimov şirkətin xaricilərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb.

O bildirib ki, hasilat işlərinə cəmi bir mədəndən başlayan “AzerGold”, bir neçə əlvan metal yatağının istismara hazırlanması istiqamətində fəal iş aparmaqla yanaşı, ötən ilin sonunda daha bir qızıl yatağının, “Ağyoxuş 1”in istismara verilməsinə nail olub. Üstəlik, fəaliyyətdə olan “Çovdar” Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan (“Ağyoxuş 2” “Ağyoxuş 3”, "Mərəh”, “Tülallar” və “Narçala” qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsinin yaradılması istiqamətində əməli addımlar atılıb. Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.

İdarə Heyətinin sədri bildirib ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar