Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda da “TikTok”un bağlanması tələb olunur

Bir neçə gün bundan öncə Hindistan hökuməti ölkə ərazisində Çin istehsalı olan 59 virtual proqram, tətbiqetmə və sosial şəbəkəninin fəaliyyətini qadağan etdi. Qadağan edilənlər arasında məşhur “TikTok” şəbəkəsi də var. Həmçinin Donald Tramp da bildirib ki, ABŞ da bu addımı atacaq.

Jurnalist Aynur İmran “Tik Tok”un bağlanmasını çox doğru qərar hesab edir: “Hər şeyin ifratı zərərdir, səhvdir, yanlışdır. “Tik Tok” kimi şəbəkələr insan səviyyəsini düşürür, qeyri-ciddiliyi və cəmiyyətdə normal qəbul edilməyən davranışlar məşhurlaşdırır. Onsuz da dünyamız cəhənəmə dönüb. Bir tərəfdən düzəltməyə başlamaq lazımdır”.

Maraqlıdır, cəmiyyətimizdə A.İmran kimi düşünənlərin sayı çoxluq təşkil edir, yoxsa əksini hesab edənlərin? Yəni Azərbaycanda da “TikTok” bağlansınmı, yoxsa yox? Dominant.az-ın bu sualına cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik. Aldığımız cavabların bir qismini olduğu kimi təqdim edirik.

Dilbər Mirzəliyeva: “Bizdə də qadağan etsəydilər, əla olardı. Uşaqlar “TikTok”a çox meyllidir, təəssüf ki, valideynlər nəzarət etmir. Baxırsan ki, küçədə uşaq gic-gic hərəkətlər edir, soruşursan "ay uşaq, nöş belə edirsən?" Deyir: ““TikTok”da var idi”.

Turan Cəfər: “Blok olunmasının tərəfdarıyam. Xüsusən gənc nəsli və uşaqları özünə cəlb etdiyi, senzura və çərçivələrin olmadığına görə. İstənilən filtrlənməmiş kontent, hər cür manyak, tərbiyəsiz, normal həyat prinsipləri olmayanlar istənilən kontenti çəkib qoyur və cavanlar da elə bilir, bu normaldır. Təqlid etməyə çalışırlar. Uçuruma aparır”.

Elçin Əfəndi: “Ləğv olunmalıdır. Orada baş verən iyrənclikləri görəndə gələcəyə ümid azalır. Əsasən, 6-18 yaş aralığı böyük əksəriyyət təşkil edir. Bu isə dözülməzdi. Təsəvvür edin ki, biz bu cür gənclərlə gələcək düşünürük. Belə gələcək gəlməsə, daha yaxşıdır”.
Ağa Dadaşzadə: “Azərbaycan gənclərinin xoş olmayan pr-ı gedir. Özümüz də bilmədən biabırçı videolara baxırıq.

Təranə Xudabaxşiyeva: “O sosial şəbəkənin heç bir ciddi rolu yoxdur. Düşünürəm ki, bağlansa, daha yaxşı olar”.

Ülviyyə Xəlil: ““TikTok” düşünmədən, dərhal yığışdırılmalıdır. Əxlaqsızlıqı təbliğ edir və insanları bir baş elə əxlaqsızlığa sürükləyir. Savadsızlığı artırır, insanların və gənclərin tərbiyəsini pozur. Gənclərin ideologiyasını sıradan çıxarır”.

Elyar İslamoğlu: ““TikTok” unölkəmizdə də bağlanmasının tərəfdarıyam. Oradakı paylaşımlar gənclərin, xüsusilə də azyaşlıların tərbiyəsinə mənfi təsir edir. Qeyri-ciddi, səviyyəsiz və bayağı paylaşımlar çox olur. Həmin paylaşımlar bir çox hallarda ailələrdə problemlər yaradır”.

Rəhman Məmmədli: “Dövlətin bu cür müdaxilələrini dəstəkləmək cahillikdir”.

Yaqub Məmmədli: “Elə bilirsiniz ki, bu və bunun kimi şəbəkələr, applikasiyalar bağlansa, səviyyə artacaq? Yaxud əxlaq səviyyəsi yüksələcək? Tutaq ki, o proqram yığışdırıldı, nə baş verəcək ki? Əksinə, onun yerinə başqa bir proqram, başqa bir şəbəkə gələcək. İnternet elə bir dünyadır ki, orada qadağan etməklə problemi həll etmək olmaz. Üstəlik də, Tramp deyib ki, “TikTok” Amerika şirkətlərindən birinə satılsın, əks halda qadağan edəcəklər. Yəni, burada əsas söhbət iqtisadi maraqlardır. Problemi ancaq əxlaqi biliklərin artırılmasında və savadlılıq dərəcəsini artırmaqla həll etmək olar. Qadağanla heç vaxt uğurlu nəticə olmur. Hər kəs öz övladını, öz ətrafını belə şeydən çəkindirməklə bunu etmək olar. Qeyd: İnsan səviyyəsini aşağı çəkən və əxlaqsızlığı təbliğ edən 1-2 sayt var ki, dünya saytlarının reytinqində izlənmə sayına görə ən məşhur 100-lükdədirlər. (Hətta Azərbaycanda ilk 20-likdə görmüşdüm bir ara) Həmin saytlar 18+ olmasına baxmayaraq, onları nə bağlayan var, nə də onlara qadağa qoyan. Çünki onlar Amerika şirkətlərinindir”.

İlkin Cəlilzadə: ““TikTok” istifadəçilərindən səviyyəli video çəkənlərə az rastlanır. Rəsmən səviyyəsizliyi tərənnüm edirlər. Əsas da 10-15 yaşlı uşaqlar. Məhlədə gördüm, 12-13 yaşlı uşaqlar video çəkib gic-gic hərəkət edirdilər. İnanıram ki, valideynlərinin xəbəri yoxdur”.

Fəridə Aslanova: “İstər hansı sosial şəbəkə olursa, olsun (Instagram, TikTok, Facebook, Youtube və s.), fərq etməz, insan həyatda nədirsə, orda da odur. Qanqalın qızılgüllər açacağını gözləməyin özü də mənasızdır. Bəzən “Facebook”da dost-tanışlarımın paylaşımlarında “TikTok” videoları görürəm. Həqiqətən də, 30 saniyə ərzində xarüqələr yaradanlar var. Hətta "halal olsun!" da deyirəm. Çünki istedadlı insanlar “TikTok”da əl işlərini, rəsm əsərlərini, aktyorluq məharətlərini və s. kimi yüksək bacarıqlarını nümayiş etdirirlər. Alqışlayıram onları. Yaranmış virtual imkanlardan, fürsətdən faydalanmağın özü də bir məharətdir, bir inkişafdır. Yəni “TikTok”un günahı yoxdur. Günah onu günaha batıranlardadır. Normal düşüncəli insan orda da hörmət qazanır. İnternet resursları özümüzü təqdim etməyimiz üçün mükəmməl bir vasitədir. Faydalanmaq mütləqdir. Fikir verin, bıçaq əmək aləti olsa da, cəlladla cərrahın əllərində başqa-başqa funksiyaları daşıyır. “TikTok” da və digərləri də elə... Çox təəssüf ki, “TikTok” da bəzilərinin (hamısına aid deyil, əlbəttə) beyinləri boş-boşuna taqqıldayır, ağıldan başqa hər şeyləri var. Onlara baxanda yer ayrılsa, yerə girməyim gəlir. Ayıbdır, vallah! Belə yerdə yaxşı deyiblər: "Qara yer ayıbınızı örtsün!" Mən uşaqlarıma “TikTok” baxmağı qəti qadağan etmişəm. Arada təsadüfən kontaktımdakıların statuslarında və ya hekayə paylaşımlarında “TikTok” videoları gözümə dəyir. Onda da, hətta göz şahidi olduğum üçün özümü qınayıram... “TikTok”dan başqa bütün sosial şəbəkələrdə varam. Əgər gələcəkdə nə vaxtsa, olsam, səmərəli istifadə edərəm. Uzun sözün kəsəsi, “TikTok” un bağlanması çıxış yolu deyil”.

Yaqub Məmmədov: “Bu bağlanmanın ardınca digərləri də balanmasa, tərəfdəram. Amma bizdə inanmıram ki, bağlana. Məşhur təmsildə deyildiyi kimi, "O da bu cür yaşayır"”.

Mahir Xəttab: “Əlbəttə, blok olunmalıdır. Bu cür platformalar yeniyetmələrin formalaşmasında mənfi rol oynayır. Sağlam cəmiyyətin yetişməsi üçün daha sağlam mühitdə böyüməlidir. Amma adı çəkilən programın istifadəçilərinin çoxu trnaslar və narkomanlardır. Belə bir mühütdə olan, yetişən gənclikdən nə gözləmək olar? Təbii ki, heç nə. Bu baxımdan, nə qədər gec deyil, “TikTok” ölkəmizdə bağlanmalıdır”.

İlqar Atayev: “Kim bambılılıq edir, özü bilər. Qadağa edəcəksən, ayrı yer tapacaqlar. Gəlib “Instagram”da hoqqa çıxaracaqlar. Qalsa yaxşıdı”.

Ülkər Eldarqızı: “Məsələ odur ki, “TikTok” da bu deyilən səviyyəsizliyi yayanlar da elə özümüzkülərdi. Sabah “TikTok” baglansa, bu cür videoların “Facebook” “Instagram”da yayılmayacağını kim deyə bilər? O zaman hər bir şəbəkə bağlanmalıdı, bu düşüncə ilə yanaşsaq. “TikTok” sadəcə platformadı, əxlaqsızlıq, səviyyəsizlik və s. təbliğ edənlər isə insanlardı”.

Rahim Zakiroğlu: “Mütləq şəkildə bağlanmalıdır. Gənclər artıq “TikTok”a görə tamamilə təfəkkür və mənəviyyatlarını da itiriblər. Nədir ki, fenomen olacaqlar”.

Rahib Qərib: “Hansı bambılılıq deyil ki?. Elə TV-lər, saytlar var ki, o blogerlərdən, “TikTok”çulardan qat-qat zərərlidir”.

Gülşən Məmmədoğlu: “Azərbaycanda “TikTok”un bazasını telekanallarımızdakı səviyyəsiz verilişlər və onların aparıcıları, ümumilikdə milli-mənəvi dəyərləri deqredasiyaya uğradan yanlış media siyasəti yaradır. Ona görə də, təkcə “TikTok”un qadağan edilməsi çarə olmayacaq. Azərbaycanda cəmiyyətin əxlaqi prinsiplərini, mənəvi sütunlarını, estetik zövqünü, mühakimə qabiliyyətini sıfıra endirib darmadağın etməyə yönəlmiş məqsədli vulqar media və mədəniyyət siyasətinə son verilməlidir ilk növbədə. Bu, baş verməsə, hər hansı bayağı proqramın qadağası səmərəsiz olacaq. Tərbiyəsi, zövqü, duyumu çirkləndirilmiş müəyyən kütlənin boşluğa yuvarlanmış içi başqa meydanlarda inikas edəcək”.

Tərxan Paşazadə: “"TikTok" kimi şəbəkələrin insan səviyyəsini düşürdüyü fikri ilə razı deyiləm. Sadəcə elə saytlar daha geniş azadlıqlara imkan yaratdıqları üçün bir qrup insan özünü orada kefi istədiyi kimi təqdim edir. Şəxsən mən "TikTok" istifadə etmirəm. Amma ölkəmizdə onun qadağan olunmasına da tərəfdar deyiləm. Əksinə, yaxşı olardı ki, oradakı neqativ kontentlərdən narazı olan vətəndaşlarımızın özləri "TikTok"da qeydiyyatdan keçərək, orada fəaliyyət göstərib, istifadəçilər üçün səviyyəli kontent təqdim edərdilər. İndi narazı olanlar vaxtında orada yaxşı toxum atsaydılar, nəticəsi də yaxşı olardı. Amma pislər əllərinə düşən fürsətdən istifadə edərək, oranı, belə desək, zibilləyiblər... Əgər zamanım olarsa, özüm həmin sosial şəbəkəyə qoşularaq, insanlarımız üçün faydalı ola biləcək kontentlər hazırlayaram. Bir sözlə, qadağalardansa, maarifləndirmə işinin aparılmasını daha vacib hesab edirəm”.

Əhmədov Araz: “Məsələyə sosial şəbəkə seqmentinin informasiya bazası kimi, insanları maarifləndirməsi prizmasından baxmaq lazımdı. Aktiv “TikTok” istifadəçisi kimi onu deyə bilərəm ki, bu platformanın heç bir ziyanlı tərəfi yoxdur. Şəxsən mənim izləyicilərim hər gün yeni bir xəbər, önəmli məlumat almaq üçün səhifəmə təşrif buyurur. “TikTok”un ən böyük üstünlüyü xəbər saytlarından daha operativ şəkildə məlumatları geniş kütləyə çatdırma imkanlarının olmasıdır. Mənim bir çox videolarımı yarım milyona yaxın insan izləyir. Hazırda Azərbaycanda heç bir televiziya kanalının və portalın bir ay ərzində ümumi bu qədər izləyicisi yoxdur. Özünüz baxa bilərsiz”.

Elşad Əlili: ““TikTok”un qadağan olunması konstitusiyaya nə qədər uyğundur? Onu düşündünüzmü? Hər kəsin özünü sərbəst şəkildə ifadə etmə haqqı var. Lap bayağı da olsa. Bu, ona verilmiş haqdır”.

Ruhiyyə İsrafilova: “Vallah biabırçılıqdı. Bağlansa, əla olar. Nəinki “TikTok”, “Getcontakt”, “WhatsApp” da. Bəzi proqramlara Azərbaycansayagı müdaxilə lazımdı. Belə proqramlar gəncliyimizlə bərabər, gələcəyimizi də təhlükə qarşısında qoyur”.

Esmira Qasımova: “Mənim bu platforma barədə melumatim yoxdur. Sadəcə bir dəfə qızım gəlib dedi ki, 2-3 gün idi “TikTok”daydım, oranı tərk elədim. Səbəbini soruşdum. Dedi, intellekti olmayan insanların yeridir ora. Bir şeyi də düşünək, məgər hamının intellekti göylə gedir? Bizim cəmiyyət bu sarıdan böyük əziyyət çəkir. Məncə, qadağan eləməyə ehtiyac yoxdur. İnsanların özünü sərbəst, rahat hiss etdiyi yerdirsə, olsun. Bambılı onsuz da bambılıdır, “TikTok” olmayacaq, başqa platformalarda özünü göstərəcək. Onların səviyyəsi üzündən bütün şəbəkələr bağlanası deyil ki. Bəzi tv verilişləri var, mən onları da “TikTok” səviyyəsində görürəm. Bəs elələrini nə edək?”

Müşfiq Hüseynov: “Sosial şəbəkədə mənfi hallar bütün platformalarda var. Güya “Instagram”da yoxdur belə paylaşmalar? Nəyisə bağlamaq çıxış yolu deyil. Heç vaxt da olmayıb. Bəzi neqativ halların qarşısını almaq üçün mən tamam başqa yol edərdim. Sosial şəbəkədə qeydiyyatdan keçdiyin zaman pasport və ya şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat məcburi sayılmalı, bu, digər xidmətlərlə, məsələn bank, poçt, vöin, imza ilə birləşsə, nə trol olar, nə söyüş, nə də dövlətçilik və milli məsələdə hansısa düşmən münasibət. “Facebook” səhifəm mənim şəxsiyyət vəsiqəm kimi ola bilər. Təbii ki, əgər mənim düşmən və ya başqa niyyətim yoxdursa”.

Elmar Hüseynov: “Qəti əleyhinəyəm. Niyə bağlansın? İstəmirsən, baxma da! Bu azadlığın məhdudlaşdırılmasıdır. Hələ indiyə qədər bu platformanın nə olduğunu bilməmişəm. Amma arada “Facebook”da yaxşı video rolikləri qarşıma çıxıb. Deməli, məqsəd yaxşı olduqdan sonra pisi də yaxşıya çevirmək olar!”

Könul Aypara: “Mən bunu çoxdan demişəm. Səviyyəsizliyin çılpaqlığı ilə ortaya qoyan şəbəkədir. Gənclər bir tərəfə, yaşlılar abır-həyanı unudublar rəsmən”.

Afaq Vasifqızı: “Çox səviyyəsiz sosial şəbəkədir. Ya oranın bir admini olmalıdır ki, aşağı səviyyəli paylaşımların qarşısını alsın. Yox əgər mexanizm buna imkan vermirsə, bağlanmalıdır. Bəlkə orada normal adamlar da var. Amma elə təəssürat yaranır ki, düşük, mənasız, səviyyəsiz adamların hamısı ora toplaşıb ağıllarına gələni edirlər. Pisdir. Ziyanı faydasından artıqdır”.

Nadir İsmayılov: ““Facebbok”dan başqa sosial şəbəkədə olmadığım üçün dəqiq xəbərim yoxdur. Məncə, indiki dövrdə bir sosial şəbəkənin bağlanması ilə müsbət nəticə əldə etmək olmaz. Səviyyəyə qalsa, illərdir insanlara əxlaqsızlığı təbliğ edən, səviyyəsiz heç bir televizya verlişi qalmalı deyil. Amma göründüyü kimi, ən reytinqli verlişlər elə bayağı verilişlərdir. İstedadlı insan hər yerdə öz istedadını nümayiş etdirir. Əxlaqsız məsciddə də əxlaqsızdır. Deməyimin canı odur ki, məkan deyil önəmli, problemin kökünə varmaq lazımdır”.

Mərahim Nəsib: ““TikTok" istifadə etmirəm. Keyfiyyətsiz və lazımsız olduğunu da görürəm. Senzura tətbiqinin də tərəfdarıyam”.

Umid Neccari: ““Microsoft” “TikTok”u almaq niyyətindədir. Amerikada qadağan olunması şübhəlidir. Qadağalara qarşıyam!”

Fərhad Mehdiyev: “Mənim xoşuma gəlmir. Amma ifadə azalığı ilə qorunur, qadağan olunmamalıdır”.

Vüqar Sabiroğlu Əliyev: ““TikTok”un Azərbaycan seqmentinin mütləq əksəriyyəti səviyyəsiz və düşük kontentlə doludur, lakin bunu bütün ölkələrə aid etmək olmaz. Bəzi digər ölkələrin seqmentləri çox fərqlidir. Məsələn, elə götürək Çin seqmentini, orada çoxlu professional və faydalı kontent var. Misal üçün, müxtəlif texnoloji əşyaların təmirindən tutmuş, evlərin hərtərəfli sərfəli, faydalı şəkildə qurulmasına, döşənməsinə qədər...”(dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar