Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda COVID-19 testi verməyən şəxsə koronavirusa yoluxduğuna dair SMS gəlib - Foto

Azərbaycanda COVID-19 testi verməyən vətəndaşa virusa yoluxduğuna dair SMS göndərilib...

 

Bu barədə Fəxri Ağayev məlumat paylaşıb. O bildirib ki, koronavirus yoxlaması üçün heç bir test vermədiyi halda onun COVİD-19-a yoluxduğuna dair SMS göndərilib:

“Operativ Qərargahdan şəxsi nömrəmə bir mesaj gəldi: “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184".

Məsələnin maraqlı tərəfi odur ki, mən heç bir test verməmişəm. Buna ehtiyac da görməmişəm. SMS-də qeyd edilən “184” çağrı mərkəzinə zəng etdim”.

İki dəqiqə həzin musiqi dinlədiyini qeyd edən Fəxri Ağayev nəticədə aldığı cavabın onu daha da təəccübləndirdiyini deyib:

“Təsəvvür edin, belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və iki dəqiqə uvertüra... Operativ olduqlarına görə, iki dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və məni oradakı poliklinikaya yönləndirdi. Telefondakı xanım dinlədi, və belə bir halın necə baş verdiyini məndən soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Cavab olaraq bildirdi ki, adım siyahıda yoxdur. Mesajı mənə kim göndəribsə, ona müraciət edim.

Ümumi olaraq başa düşürəm ki, səhv olub. Amma düşünün, bu mesaj mənə deyil, 65 yaşlı test verən insanlardan birinə göndərilsəydi, necə olardı? O anda infrakt olsa..?!”(oxu.az)

pia.az


Etiket: Fəxri Ağayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar