Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda cinsi istismara məruz qalan şəxslərin sayı açıqlandı

Aparılan araşdırmalar zamanı müəyyən edilən 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikası vətəndaşı, biri isə əcnəbi olub.

Bu barədə Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.

O bildirib ki, bu şəxslərdən 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb:

“Zərərçəkənlərdən 80-ni sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib. ƏƏSMN-in insan alveri qurbanları üçün yardım mərkəzində 90 qurbanın reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlər görülüb. Onlardan 12-si işlə təmin olunub, 25-i peşə kurslarına göndərilib, 58-i ailələrinə qaytarılıb. Doqquzuna şəxsiyyəti təsdiq edən sənədlərin alınmasına kömək edilib və hər birinə 700 manat birdəfəlik müavinat ödənilib.

Qurbanların övladları da diqqətdə saxlanılaraq, 12 uşaq məktəbəqədər təhsil proqramlarına cəlb edilib. Doqquzunun atalığı müəyyən edilərək aliment alması, 14-nə doğum şəhadətnaməsinin verilməsi təmin olunub”.

Seyfulla Əzimov qeyd edib ki, internet informasiya resurslarının və KİV-lərin monitorinqi zamanı insan alveri, onun növləri və ictimai mənəviyyat əleyhinə olan 370-ə yaxın huquqazidd əməl aşkarlanıb və qanunauyğun tətbirlər görülüb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar