Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda canlı donor orqanla növbədənkənar təmin olunacaq

Azərbaycanda canlı donorun hüquqları müəyyənləşir...

PİA.az-ın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, canlı donorun hüquqları aşağıdakılardır:

- tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;

- bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;

- istənilən mərhələdə öz donor orqanını verməkdən imtina etmək;

- daimi dispanser müşahidəsində olmaq;

- özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq;

- donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müavinət almaq;

- donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Canlı donor donor orqanı götürüldükdən sonra yaşayış yeri üzrə dövlət tibb müəssisəsində müşahidəyə götürüləcək və daimi dispanser qeydiyyatına alınacaq. Dispanser müşahidəsi məlumatları hər il canlı donorlar reyestrinə daxil ediləcək.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar