Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bütün rayonlar ləğv oluna bilər: İnzibati islahat

Gəncə şəhərinin Kəpəz və Nizami rayonları inzibati ərazi bölgüsünün ləğvi hakimiyyətin artlq inzibati islahatlara başladığından xəbər verir. Görünür, iqtidar büdcə yükünü azaltmaq niyyətindədir. Bu baxımdan Kəpəz və Nizami rayonlarıının ləğvi son olmaya bilər.

PİA.az bildirir ki, hazırda Azərbaycanda 66 rayon var. Bu rayonlardan çoxunun əhalisi 100 000-ə çatmır. Onlardan 39-u xərclərini yerli gəlirlər hesabına ödəyir. 27 rayona isə dövlət büdcəsindən dotasiya ayrılır. Ekspertlər hesab edir ki, bu rayonlar faktiki olaraq büdcəyə yükdür. Bu baxımdan, inzibati islahatlara ciddi ehtiyac var.

Təsadüfi deyil ki, deputat Vahid Əhmədov da bu məsələyə toxunaraq bir çox rayonların ləğv olunmasını məqsədəuyğun sayıb. “Bu qədər rayon üçün icra başçısı və hərəsinin ayrıca icra aparatı olması dövlət üçün əlavə yük deməkdir. Misal üçün, şimal zonasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları var. Bu rayonlar məsafə baxımından bir-birinə çox yaxındır. Bu qədər parçalanmağa ehtiyac yoxdur. Bəhs etdiyim rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər”, - deyə o bildirib.

Deputat rayonların birləşdirilərək əyalət yaradılmasını təklif edib. O, eyni zamanda Azərbaycanda 11 iqtisadi rayonun olduğunu xatırladaraq inzibati ərazi vahidləri bu rayonlarda birləşdirilməsini mümkün sayıb.

Bəzi məlumatlara görə, hakimiyyət də ərazi bölügülərini 11 iqtisadi rayonda birləşdirə və beləliklə, Azərbaycan inzibati ərazi bölgüsü kimi 11 əyalət yaradıla bilər. Bu halda bələdiyyələrə geniş səlahiyyətlərin veriləcəyi gözlənilir. Bu isə nəhayət, böyük şəhər bələdiyyələrinin yaradılmasını şərtləndirəcək.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar