Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda büdcə ssudasının verilməsi qaydası dəyişdirilir

Azərbaycanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə maliyyə vəsaitinin (büdcə ssudası) verilməsi qaydası dəyişdirilir.

PİA.az xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, təklif edilən dəyişikliyin əsas məqsədi kimi büdcə ssudalarının həm sərbəst qalıq vəsaitləri hesabına verilməsi, həm də hüquqi şəxslərin dairəsinin dəqiqləşdirilməsi çıxış edə bilər. Əvvəlki təhlillərdə qanunvericilikdə nəzərdə tutulmadığı halda, sərbəst qalıq vəsaitlərindən büdcə ssudalarının hüquqi şəxslərə ayrılması hallarının olduğu göstərilib.

Bundan əlavə, beynəlxalq təcrübənin bu istiqamətdə təhlili göstərir ki, büdcə ssudalarının verilməsində əsas məqsəd qısamüddətli nağd vəsait çatışmazlığının aradan qaldırılmasıdır və bu alətdən əsasən büdcə sistemi daxilində, xüsusilə yerli büdcələrə münasibətdə istifadə edilir. Təklif edilən layihədə isə qeyd edilənlərlə yanaşı, büdcə ssudaları vasitəsilə publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan hüquqi şəxslərə maliyyə vəsaitinin ayrılması üçün şərtlər formalaşdırılır ki, bu da həmin fiskal risk mənbələrindən dövlət maliyyəsinə əlavə təsirlərə səbəb ola bilər.

Büdcə ssudalarının verilməsi və bununla bağlı digər məsələlərin qanunvericilikdə tam tənzimlənməməsi fonunda müvafiq maddəyə təklif edilən dəyişikliklər gələcəkdə risklərə səbəb ola bilər.

Bu baxımdan müvafiq maddəyə təklif edilən dəyişikliklərə yenidən baxılması və tənzimlənmənin büdcə sistemi daxilində nəzərdə tutulması, habelə hüquqi şəxslərə ssudaların verilməsi ilə bağlı müddəaların anlayışdan çıxarılması məqsədəuyğundur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar