Bu gün Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb...
Unikal.org-un məlumatına görə, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda qanaxmadan vəfat ediblər.
Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə barədə araşdırma aparılır.
pia.az