Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu ərazilərdə güclü zəlzələlər ola bilər

Qurban Yetirmişlidən dəyərləndirmə...

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandakı seysmoaktivliyi dəyərləndirib.

PİA.az xəbər verir ki, Q.Yetirmişli açıqlamasında bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur.

Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb.

O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Mərkəz direktoru əlavə edib ki, BakıAbşeron rayonu ərazisində baş verən yeraltı təkanları Xəzər dənizindəki zəlzələ ocaqları yaradır.

Q.Yetirmişli hazırda Azərbaycanda seysmoloji aktivliyin fon səviyyəsində olduğunu da qeyd edib:

“Ölkə ərazisində xırda təkanlar qeydə alınır. Elə gün olmur ki, ölkəmizdə belə təkanlar qeydə alınmasın. Sadəcə, bunların arasında bəziləri hiss edilən olur”. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar