Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda betona xərclənən milyardlar: “Neftdən bizə qalan betondur”

Son 13 ildə Azərbaycanda ən çox inkişaf edən sektor beton istehsalıdır

PİA.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, nəticədə beton iqtisadiyyatı milli iqtisadiyyatın sütununa çevrilib. Bu yalnız dövlət siyasətində deyil, həmçinin özəl bölmə və şəxsi təsərrüfatlarda da önə çıxıb.

Q. İbadoğlu deyir ki, 2006-cı ildən bəri yalnız dövlət büdcəsindən tikinti məqsələri üçün 62,5 milyard manat vəsait ayrılıb. “Bir sözlə hər il orta hesabla 4,5 milyard manat pul daşa, asfalta, betona "xərclənib" ki, bu da il ərzində əldə edilən neft pullarının yarısı qədərdir. Demək olar ki, neftdən bizə qalan daş, asfalt, betondur”.

Ekspert qeyd edib ki, 2018-ci ilin büdcəsində əsaslı vəsait qoyuluşu xərcləri əvvəlki illə müqayisədə 88,1 faiz artıb, 2019-cu ilin büdcəsindən bu məqsədlə 6,4 milyard manat (cəmi büdcə xərclərinin 30 faizinə qədər) vəsait ayrılması nəzərdə tutulub.

“Büdcədən oğurlan pulların çoxu mənzil, villa, hasar tikintisinə yönəlib. Bakıda və onun ətrafında bu məqsədlər üçün əhali tərəfindən milyardlarla manat vəsait əlavə dəyər yaratmayan beton iqtisadiyyatına yatırılıb və həmin pullar ən yaxşı halda passiv biznes əməliyyatlarına (əmlakın icarəsi və satışına) yönəlib. Ermənistanla müharibə şəraitinə görə, müdafiə xərclərinin də ildən ilə artımını nəzərə alsaq, neftdən gələn pulların hər 3 dollarından 2-nin betona və hərbiyə yönədliyini deyə bilərik. Neft pullarının yerdə qalan üçdə birini isə dövlət neft fondu səhm və əmlak bazarlarında "küləyə" verməklə məşğuldur.

Budur bizim istisadiyyatın fəlsəfəsi və nəticəsi: beton iqtisadiyyatı. Nəzərə alın ki, belə iqtisadiyyat bir müddət sonra təmir və saxlanma xərcləri tələb edir, sonra isə ya özü çökür, ya da başqaları tərəfindən sökülür, biz sözlə beton iqtisadiyyatı nə dayanıqlı olur, nə də dözümlü, birdən çat verir və onun üzərində qurulan hər şey tez bir zamanda da dağılır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar