Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda avtomobil kreditləri bahalaşıb

Bu ilin III rübü ərzində Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi artıb.

Azərbaycan Mərkəzi Bankından  verilən məlumata görə, cari ilin iyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, ABŞ dolların verilən kreditlər üzrə isə 16% təşkil edib.

Xatırladaq ki, bu il aprelin 1-nə eyni kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 17% və 15% səviyyəsində olub. Bu da öz növbəsində əvvəlki rübün yekunu ilə müqayisədə 1 faiz bəndi artım olmasını əks etdirir.

Məlumata əsasən, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 22%, ABŞ dollarında 11% təşkil edib. Aprelin 1-nə bu göstəricilər müvafiq olaraq 22% və 10% olub.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər (yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla) üzrə orta faiz dərəcəsi bu müddətdə dəyişməyərək manatda 21%, dollarda 13%, kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatda 23%, dollarda 11%, digər valyutalarda 14%( aprelin 1-nə müvafiq olaraq 23%, 10% və 14%) təşkil edib.(APA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar