Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ağır beyin əməliyyatı keçirən qadın ana oldu

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub

PİA.az trend-ə istinadla bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin böyük əməyi olub.

Klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl açıq hipertenziyalı hidrosefaliya xəstəliyini keçirib və sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatı olunub.

“Hidrosefaliya beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye qarın boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, ikigörmə şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.

Qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə klinikaya müraciət edib. Xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib. Belə ki, erkən və gec düşük, vaxtından əvvəl doğuş təhlükələri, dölün bətndaxili inkişafının ləngiməsi və simptomsuz bakteriyauriya müşahidə edilib. Həmin patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma qeydə alınmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb. Nəhayət hamiləliyin 36-cı həftəsində qadın doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə Qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2 kiloqram 450 qram, boyu 50 santimetr olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yenidoğulmuş evə yazılıblar”, - mütəxəssis qeyd edib.

pia.az


Etiket: ana körpə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar