Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda 8 nəfər ədliyyə orqanlarından xaric edilib

Ədliyyə Nazirliyində videokonfrans formatında müşavirə keçirilib...

Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri - Eldar Nuriyevin və Toğrul Musayevin, Nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, tədbirdə dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli dayanıqlı tərəqqisi, bütün sahələrdə müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlar vurğulanıb, sosial-iqtisadi inkişafa və əhalinin rifahına xidmət edən tədbirlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının hüquq mühafizə sistemində islahatların dərinləşməsi, qanunun aliliyinin, qəbul edilən qərarların ədalətliliyinin və vətəndaş məmnunluğunun təmin olunması, kadrların dövlətə, xalqa bağlılığı, vətənpərvər və peşəkar olmaları, korrupsiyanın yolverilməzliyi ilə bağlı hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü qəti tələblər diqqətə çatdırılıb.

Müşavirədə qeyd olunub ki, ədliyyə və məhkəmə sisteminin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi üzrə ardıcıl islahatlar aparılır, bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

Ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasının effektivliyinin artırılması üzrə əməli işlər davam etdirilərək ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib.

Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143.5 milyon manat vəsait ödənilib. İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb.


Eyni zamanda azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 3 200-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.

Həmçinin icra və probasiya xidmətlərinin kadr korpusunun komplektləşdirilməsi üzrə görülən tədbirlər, iş imkanlarının asanlaşdırılmasını təmin etmək üçün tətbiq olunan innovasiyaların əhəmiyyəti və bu işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində 300-dən çox könüllülərin bu xidmətlərdə fəaliyyətə cəlb olunduğu bildirilib.

Bununla yanaşı, yerli qurumların fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən yerlərdə keçirilən qəbullar zamanı, habelə qaynar xətlərə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb.

İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən 8 nəfərin ədliyyə orqanlarından xaric olunduğu və ya vəzifəsindən azad edildiyi, 3 nəfər barəsində toplanmış materialların prokurorluğa göndərildiyi vurğulanıb.

Müşavirədə dövlət başçısının hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü tələblərin ədliyyə orqanlarının fəaiyyətində daim rəhbər tutulması, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, o cümlədən indiki pandemiya şəraitində vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması tapşırılıb.

Həmçinin məhkəmə və digər orqanların qərarlarının vaxtında və tam icrasının təmin edilməsi, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, bu sahədə şəffaflığın və ictimai iştirakçılığın artırılması, eləcə də əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.(Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cavid Qurbanovun oğlunun biznesi - Siyahıda "KFC"-dən başqa nələr var?

Ali Məclisin sədrinin oğlu daha iki şirkət təsis etdi

Sabiq deputatın şirkəti Moskvada 1.5 milyarda yarımçıq bina alır

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovu kimlər qoruyur?

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

loading...

Ən çox oxunanalar