Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 8 mindən çox İİV xəstəsi var

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.

Bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) direktoru Famil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 059 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır: "Onlardan 5 611-i kişi, 2 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir”.

Mərkəz direktoru bildirib ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib. “Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar