Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib

Onun sözlərinə görə, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əlillik dərəcəsi müəyyən edilir: “Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə orada autizmli uşaqlar nəzərdə tutulmur. Bu uşaqlar harada təhsil almalıdır, onların təhsili üçün kriteriyalar necə müəyyən edilməlidir? Autizmli uşaqlarla bağlı heç bir reabilitasiya mərkəzi yoxdur. Ancaq Türkiyədə belə uşaqlara dövlət müəyyən edilmiş saatlarda məcburi dərslər keçir”.

S.Əliyeva qeyd edib ki, gələcəkdə dünyada hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək: “Azərbaycanda da belə uşaqların sayı artır. Təbii ki, bunun müxtəlif səbəbləri var”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, 6 minə yaxın autizmli uşağın heç də hamısı təhsildən kənarda qalmayıb, onların çoxuna evdə dərslər keçirilir.

Onun sözlərinə görə, Azərbaycanda inklüziv təhsilin bütün mövcud imkanlarına hüquqi təminat verilir.(trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar