Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib

Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib...

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 20 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 207 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 421 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 100-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

REKLAM


Gəncə şəhərində “Ulduz” kafesi, “Əminə market”, “Araz market”, “Təbriz” market, “Nur” market , Məhsəti Mehtiyeva Zülfiqar qızına, Əsgərov Könül Məmmədəli oğluna, Xəlilov Nail Məzahir oğluna məxsus ərzaq mağazaları, Şabran rayonunda “Mini market” ərzaq mağazası, Neftçala rayonunda Hüseynova Səmayə Qurbanxan qızına, Əsgərova Zülfiyyə Ərman qızına, Cəfərov Zakir Adıgözəl oğluna məxsus ərzaq mağazaları, Əsədli Azər Rəqib oğluna məxsus kafe, Göyçay rayonunda “İki qardaş” marketi, “Aysu” market, Qəbələ rayonunda “Turist” market, “Tufandağ” market, Məhərrəmov Babək Mayıl oğluna məxsus market, “Həyat” kafesi, Tovuz rayonunda Paşayev Elçin Mustafa oğluna məxsus kafe, Lənkəran şəhərində “Köz Dönər” restoranı, “Qardaşlar” kafesi.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

pia.az


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar