Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 4 yüksək rütbəli polis koronavirusa yoluxdu

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bir neçə əməkdaşı koronavirusa yoluxub...

Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovda da koronavirus aşkarlanıb.

Bundan başqa, Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının 7-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşı, polis mayoru Fərman Xəlilov, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədovun test nəticələri pozitiv çıxıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, DYP əməkdaşları arasında da koronavirusa yoluxma qeydə alınıb:

"Hazırda koronavirusa yoluxmuş bəzi əməkdaşlar xəstəxanada müalicə olunur. Sağalıb işə qayıdanlar da var. Polis əməkdaşları mütəmadi olaraq testdən keçirilir".

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovun həyat yoldaşı, Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova bir neçə gün əvvəl COVİD-19-dan dünyasını dəyişib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar