Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 3 000-ə yaxın məhkum elektron qolbaq daşıyır

Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü olaraq yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, davamlı xarakter daşıyan vaxtından əvvəl cəzadan şərti azad etmə institutun tətbiqi intensivləşib.

Bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sentyabrın 25-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşdə məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə cinayət işlərində videokonfransın keçirilməsi bu institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.

Cari ilin ötən dövründə 2 000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib ki, 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir. Pandemiya dövründə həmçinin, 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Eyni zamanda son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.

Ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2 000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3 000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur. Hazırda 3 000-ə yaxın məhkumun elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir.(report)

pia.az


Etiket: elektron qolbaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar