Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 147-ci teatr mövsümünün açılışı keçirilib - Foto

Sentyabrın 17-də Azərbaycanda 147-ci teatr mövsümünün açılışı olub

APA-nın məlumatına görə, Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən açılışda Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Nazir 147-ci teatr mövsümünün açılışının Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutmasının xüsusi əhəmiyyəti olduğunu bildirib: “Bu ondan xəbər verir ki, Şuşa şəhəri işğal altında olsa da teatrın nümayəndələri yaradıcı axtarışlarını davam edirlər. Mən əminəm ki, biz cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində Şuşa teatrının növbəti mövsümünün açılışını Şuşada qeyd edəcəyik”.

Ə.Qarayev ölkə başçısının səyi nəticəsində bir sıra işlər görüldüyünü vurğulayıb: “Respublikada görülən işlər, yaradılan şərait yaradıcı insanlardan da yan keçmir. Şuşa Dövlət Musiqili Dram Teatrının təmir olunması barədə sərəncamın verilməsi də bu qayğının nəticəsidir”.

Teatrların beynəlxalq festivallarda da uğurlar qazandığını diqqətə çatdıran nazir ölkə başçısının teatr sənətinin inkişafına böyük həssaslıqla yanaşdığını deyib: “Ötən mövsümdə biz Azərbaycan teatrına bu qayğını gördük. Mart ayında cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət xadimləri ilə görüşünün nəticəsi hamıya məlumdur. Bir sıra sənət adamlarına fəxri adlar, evlər verildi. Bu proses gələcəkdə də davam edəcək. Bizim işimiz odur ki, bu qayğının layiqincə dəyərləndirək və Azərbaycan teatrlarında olan mühiti daha da möhkəmləndirmək, sağlamlaşdıraq. Mən fədakar teatr xadimlərinə təşəkkürümü bildirirəm. Sizin əməyiniz bizim və xalq tərəfindən qiymətləndirilir. Mən əminəm ki, 147-ci teatr mövsümü də maraqlı olacaq”.

Sonra Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə təmir olunaraq 24 dekabr 2018-ci il tarixində kollektivin ixtiyarına verilib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar