Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Azərbaycanda 126 mindən çox uşaq tərbiyə alır

Azərbaycanda bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir...

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1679 dövlət və 124 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 126 mindən çox uşaq tərbiyə alır.

2019/2020-ci tədris ilinin əvvəlinə ölkənin 4400 dövlət və 33 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,6 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 17,0 faiz olub.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: uşaq


loading...

Ən çox oxunanalar