Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda 12 minə yaxın narkoman qeydiyyatdadır

Azərbaycanda 12 minə yaxın narkotik vasitə istifadəçiləri qeydiyyatdadır. Onların təxminən 95-97 faizi kişilər, yerdə qalanı qadınlardır

Bunu virtualaz.org-a açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru, baş narkoloq Araz Manuçəri bildirib.

Bu gün - iyunun 26-sı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günüdür. Narkotik maddələr arasında daha çox xaşxaş, tiryək, marixuana, heroin, kokain yayılıb. Son illər isə kimyəvi laborotoriyalarda hazırlanan yeni sintetik narkotik maddələrdən istifadə edənlərin sayı artır. Sintetik narkotik maddələr xüsusi təhlükəli hesab edilir. Çünki 1-ci dəfədən asılılıq yaradır. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də, narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.

A.Manuçərinin sözlərinə görə, qeydiyyatda olanların əksəriyyəti 25-40 yaşlıdır. Amma yeniyetmə və yaşlılara da rast gəlinir. Narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən heroin, tiryək, “kokos”dan istifadə edirlər.

Narkoman qadın və yeniyetmələr

A.Manuçəri deyib ki, mərkəzdə müalicə alan narkomaniyadan əziyyət çəkən qadınlar əsasən 32-40 yaşlıdır. Onlar şəxsi problemləri üzündən bu bəlaya düçar olublar.

Baş narkoloq təəssüflə qeyd edib ki, yeniyetmələr arasında narkotik vasitə istifadəçilərinin sayı artıb. Yeniyetmələr əsasən həblərdən, psixotrop dərmanlardan istifadə edirlər. bundan əlavə, son vaxtlar dəb halını almış “ekstazi”dən istifadə olunur. "Yeniyetmələrin narkotikdən istifadə etməmələri üçün proqram hazırlanır. Məktəblərdə və digər müəssisələrdə təbliğat aparılır. Amma bunda mətbuatın, televiziyaların da köməyi lazımdır. İnternetdə, ümumiyyətlə, hər yerdə sosial reklamlar verilməlidir. İnsanlara başa salmaq lazımdır ki, sadə görünən dərman ağır tərkibli narkotik dərman ola, asılılıq yarada bilər. Çoxları hesab edir ki, bir dəfədən heç nə olmayacaq, o, heç vaxt narkomana çevrilməyəcək. Bunun yanlış olduğunu başa salmaq lazımdır".

İdeal bldiyin şəxs narkomandırsa...

Baş narkoloq deyir ki, müşahidələrinə əsasən narkotik vasitələr haqda internetdə yanlış məlumatlar verilir. Məsələn, marixuananı sadə, yüngül narkotik kimi təqdim edirlər. Yaxud inkişaf etmiş ölkələrdə narkotikin leqallaşmasından yazırlar. Amma narkotikin leqallaşmasına qədər hansı mərhələdən keçilib, o yazılmır.

"Cəmiyyətin səviyyəsi o dərəcəyə çatır ki, marixuananı leqallaşdırma olur. Cavanlar düzgün başa düşmürlər, "marixuana leqallaşıbsa, bu təhlükəsizdir" kimi fikirlər yanlışdır. Alkoqol da, siqaret də leqallaşıb, amma bu, o demək deyil ki, alkoqol, siqaret təhlükəsizdir", - baş narkoloq bildirib. Onun sözlərinə görə, indi qadağalarla narkotikin qarşısını almaq mümkünsüzdür. Xüsusilə, cavanlara narkotikin niyə təhlükəli olduğunu başa salmaq lazımdır. "Belə bir hadisənin şahidi oldum, gənclər narkotik çəkirdilər. Səbəbin soruşuram, məşhur müğənninin adını çəkirlər, deyirlər ki, biz də onun kimi məşhur müğənni olacağıq. Başa salıram ki, nəşə insanda istedad yaratmır, qabiliyyət yoxdursa, narkotiklə yaratmaq olmaz. Onda hamı nəşə çəkib istedadlı, dahi olardı. Təəssüf ki, tanınan adamların narkotik istifadəçisi olması da yeniyetmə və gənclər arasında yanlış düşüncələrə səbəb olur".

A.Manuçəri qeyd edir ki, heç kim birdən-birə narkomana çevrilmir: "Filmlər göstərirlər, müsbət qəhrəman problemlə qarşılaşır, başlayır gecə-gündüz içməyə. Guya içki ilə stresdən çıxır. Belə bir fikir yaranır ki, alkoqol stres üçün dərmandır. Cavanlar özlərini onlara oxşatmaq üçün içkiyə, siqaretə, sonra da narkotikə meyillənirlər.

Enerji içkilərinin fəsadı...

Baş narkoloq onu da əlavə edir ki, müşahidələrinə əsasən, enerji içkilərindən mütəmadi istifadə də asılılıq yaradır: "Gələcəkdə riski artıran faktorlardan biri də enerji içkiləridir, onların saysız istifadəsidir. Enerji içkilərindən mütəmadi istifadə asılılıq yaradır. Cavan uşaqlar bədəni stimullaşdırmaq üçün dincəlmək əvəzinə gün ərzində 6-7 enerji içkisi qəbul edir. Bu içkilər asılılıq yaradır, bir müddətdən sonra artıq enerji içkiləri kömək eləməyəcək, başqa bir şey axtaracaqlar".

Müalicə mümkündür

Ötən il Respublika Narkoloji Mərkəzinin yeni inşa olunan binası istifadəyə verilib. 4 korpus, 300 çarpayılıq müəssisə ən yüksək standartlara cavab verən tibbi avadanlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib. Mərkəzdə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərilir.

A.Manuçəri deyir ki, narkomanların müalicəsi mümkündür, amma bunun üçün istək olmalıdır. Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs yüksək səviyyədə müalicə ala biləcək.

"Narkotik vasitə istifadəçisinin müalicəsi çətindir, amma xəstə könüllüdürsə, müalicəsi mümkündür. Dünyada istifadə olunan müalicə üsullarının hamısı mərkəzdə tətbiq edilir. Ayrıca psixoterapiya, hətta indi yoqa terapiyası da edilir", -baş narkoloq əlavə edib.

Son bir neçə ildə narkotik vasitələrin zərəri ilə bağlı ciddi təbliğat, maarifləndirmə kampaniyaları aparılır, bu da könüllü müalicə almaq istəyənlərin sayına təsir edir. Çoxları narkotik vasitə istifadəçisi olduğunun bəlli olacağından çəkinir, cəmiyyətin münasibətindən ehtiyat edir. A.Manuçəri əlavə edir ki, indi əksəriyyət açıq şəkildə müalicə almaq istəyir. Bir müddətdən sonra müalicə almaq istəyənlərin sayının artacağı proqnozlaşdırılır: "Hesab edirəm ki, bu istiqamətdə işimizi dəvam etdirsək, istifadəçilərin sayının artım sürətini azalda bilərik".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Narkoman

Şərh yazın.

loading...

Ən çox oxunanalar