Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı xarici təhlükə ilə bağlı iddaların əsası varmı?

Azərbaycana qarşı xarici təhlükə doğrudanmı yaranıb və əgər yaranıbsa, bu təhlükənin mənbəyi və strateji səbəbləri nə ola bilər?

Politoloq: “Azərbaycana qarşı xarici təhlükə var. Azərbaycana olan təhlükə isə indiki geosiyasətin reallığından doğan bir məsələdir”.

“Düşünmürəm ki, Avropada bir prup siyasi mühacir adı ilə gedib Avropada oturan adamların fəaliyyəti Azərbaycan dövlətçiliyinə təhlükə yaradır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu ölkəmizə qarşı artan xarici təhlükəni PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar bir çox siyasətçilər və politoloqlar Azərbaycanın çox çətin dönəmə qədəm qoyduqlarını vurğulamaqdadırlar. Xüsusən ölkəmizə qarşı xarici təhlükənin artması qeyd olunur.

Azərbaycana qarşı xarici təhlükə doğrudanmı yaranıb və əgər yaranıbsa, bu təhlükənin mənbəyi və strateji səbəbləri nə ola bilər?

Mözunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “lk növbədə bizim məmurlarımız başa düşməlidirlər ki, bu gün bir az artıq gəlir əldə etmək naminə bütün əldə etdiklərini itirə bilərlər”.

Azərbaycanda reallığın imkan verdiyi hüdudlar çərçivəsində demokratiyanın olduğunu qeyd edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bizim qonşu ölkələr olan Ermənistan və Gürcüstana baxanda Azərbaycanda demokrtiya, azadlıq kifayət qədərdir:

“Düşünmürəm ki, Avropada bir prup siyasi mühacir adı ilə gedib orada oturan adamların fəaliyyəti Azərbaycan dövlətçiliyinə təhlükə yaradır. Bu siyasi mühacirlər Azərbaycanla bağlı aksiylar keçirməklə, müəyən iğtişaşlr törətməklə öz ağaları qarşısında hesabat verirlər ki, orada dolanmaq üçün qonarar ala bilsinlər. Hətta onların sahibləri onları buna vadar etmir. Buna görə mən birmənlı şəkildə Azərbaycana xarici təhlükə deyəndə onlar nəzərdə tutmuram. Onlar iyrənc qüvvələrdir və bu yoldan əl çəksələr yaxşıdır.

Azərbaycanda reallığın imkan verdiyi hüdudlar çərçivəsində demokratiya var. Bizim qonşu ölkələr olan Ermənistan və Gürcüstana baxanda Azərbaycanda demokrtiya, azadlıq kifayət qədərdir. Həmin ölkələrdə qəzetlər, tvlər bağlanır, jurnalistlər işdən çıxarılır, mitinqlər gözyaşardıcı qazlarla dağıdılır vəs. Avropa isə buna demokratiya deyir. Gərək bizim hökumət də mitinqləri su şlanqları ilə dağıda, hər gün ölkədə qəzetlər, jurnallar bağlana bundan sonra Azərbaycana demokratik ölkə deyərlər.

Mübariz Əhmədoğlu: “Azərbaycan həm daxili, həm də xarici siyasətinə diqqətli olmalıdır ki, yeni təhlükələri neytirallaşdıra bilsin”.

Amma Azərbaycana xarici təhlükə var. Azərbaycana olan təhlükə isə indiki geosiyasətin reallığından doğan bir məsələdir. Yəni ABŞ-İran münasibətləri Azərbaycan üçün ən böyük təhlükəlidir. ABŞ İran üçün gərginlik yaradır və İran da elə fikirləşir ki, ABŞ Ərəb dövlətləri tərəfindən İrana hücum edəcək. Ərəb dövlətləri sakitləşəndə İran fikirləşir ki, ABŞ və İsrail İrana Azərbaycan ərazisindən hücum edəcək.

Azərbaycanın daxilində də İranın müəyyən qüvələri var. İranın Azərbaycana qarşı şübhəsi artanda da həmin qüvvələr Azərbaycanda müəyyən işlər görə bilərlər. Azərbaycanın İranla bağlı gördüyümüz işlər üçün bəzi dövlətlərlə bəlkə də lazım olduğundan artıq əməkdaşlıq etmişik. Məsələn Səudiyyə Ərəbistanı Azərbaycanın güclü iqtisadi tərəfdaşı ola bilər, amma Səudiyyə Ərəbistanı Azərbaycanın təhlükəsizliyinin təminində heç bir rol oynaya bilməz. Səudiyyə Ərəbistanının Rusiya ilə də, Türkiyə ilə də tarixi problemi var. Azərbaycan üçün də strateji əməkdaşlıq baxımdan ən yaxşı dövlət Türkiyədir.

Azərbaycan həm daxili, həm də xarici siyasətinə diqqətli olmalıdır ki, yeni təhlükələri neytirallaşdıra bilsin. İlk növbədə bizim məmurlarımız başa düşməlidirlər ki, bu gün bir az artıq gəlir əldə etmək naminə bütün əldə etdiklərini itirə bilərlər. Yəni məmurlarımız dölətimizi qorumağı bacarmalıdırlar.

İndiki dövrdə iqtisadi problemlər çoxdur və bu problemlərin olduğu dövrdə ölkəmizə dəstək olmalıdırlar. Ölkəmizə bu istiqamətdə də təhlükə var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar