Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana investisiya qoyuluşları artacaq” - Aleksandr Karavayev

"Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi fonunda ölkəyə investisiya qoyuluşlarının artacağını gözləmək olar".

PİA.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev bildirib.

Ekspert qaytarılmış ərazilərin bərpası mövzusuna toxunub: “Vacib element gələcəkdir, Qarabağın ətrafındakı rayonların geri qaytarılmış kəndlərinin, yaşayış məntəqələrinin və kənd təsərrüfatına yararlı torpaqlarının bərpası ilə bağlı hələ açıqlanmayan proqramdır. Proqram bir neçə mərhələdən ibarət olacaq. İlk illərdə infrastruktur bərpa ediləcək: su kəmərləri, elektrik şəbəkələri, qaz təchizatı sistemləri yoluna qoyulacaq. Yol infrastrukturunun bərpası üçün əhəmiyyətli işlər görülməsi nəzərdə tutulub.

Əlavə olaraq mənzil və inzibati-ticari tikinti. İş həcmi həddindən artıq böyükdür, təxminən, 50 yaşayış məntəqəsi var. Hətta təhlükəsizlik səbəbi ilə işğaldan azad olunmuş ərazilərin yalnız bir hissəsinin bərpa olunacağı gözlənilsə belə, görüləcək iş çoxdur. Belə yaşayış məntəqələrinin sayının hər gün artdığını nəzərə alsaq, bütün bunların 2021 və 2022-ci illərdə ÜDM artımına ən azı 1,5%, bəlkə də daha çox təsir edəcəyini proqnozlaşdırmaq olar”.

A.Karavayev investisiyalar məsələsinə toxunarkən artım gözlədiyini söyləyib: “2020-ci ilin ilk yarısında Azərbaycana birbaşa xarici investisiyalar 23,5% artaraq 2 milyard ABŞ dollarını keçib. Səbəb böyük ölçüdə azərbaycanlı investorların vətənə qayıtmağa başlamalarıdır: Mərkəzi Bank xaricə Azərbaycan investisiyalarında iki dəfə azalma qeydə alındığını açıqlayıb. Bu, ölkədə kapitalın qorunması siyasətinin nəticələr verdiyini göstərir”. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar