Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana innovasiyalı vaqonlar gətiriləcək

Rusiyanın ən iri yük vaqonları istehsalçısı, innovasiyalı vaqon istehsalı üzrə lideri olan "Birləşmiş Vaqon Şirkəti" Elmi İstehsalat Korporasiyası Azərbaycan bazarına çıxır...

"Report" Korporasiyanın saytına istinadən xəbər verir ki, imzalanan müqavilələrə əsasən, cari ilin ikinci rübündə "Soyuzkontrakt-Trans" MMC-yə 40 ədəd taxıl və üyüdülmüş məhsullar üçün yeni nəsil "19-9549" tipli 76 ton tutumlu hopper vaqonu, "ATU Trans" MMC-yə isə 18 ədəd yeni nəsil "13-6895" tipli 72,5 ton tutumlu taxta-şalban platformu, üçüncü rübdə də 5 ədəd yeni nəsil "11-6874" tipli 73 ton tutumlu qapalı vaqon tədarük ediləcək. Ölkəmizə ilk dəfə gətiriləcək adıçəkilən vaqonlar ox başına 25 tonluq yüklənməsi olan yeni təkər dəstləri ilə təchiz olunub.

Müqaviləni şərh edən "Soyuzkontrakt-Trans" MMC-nin baş direktoru İlyas Səfərov bildirib ki, Azərbaycanda taxıl məhsullarının idxalat və tranzit daşımaları getdikcə artır: "Bizim şirkət də bu proseslə ayaqlaşmağa çalışır. Rusiyadakı tərəfdaşımız olan “Sim Trans Group”un tövsiyəsinə əsasən, biz bu innovasiyalı vaqonlardan aldıq və bununla da bazardakı rəqabət zamanı daha əlverişli mövqe qazanacağımızı düşünürük".

"ATU Trans" MMC-nin baş direktoru Rafiq Şıxamirov isə qeyd edib ki, bu yükgötürmə qabiliyyəti olan vaqonlar 1 520 məkanda bir neçə ildir istifadə olunur: "Onlar etibarlı, yüksək yüklənməyə malikdir, daşıma və servisi isə baha başa gəlmir. Yeni nəsil olan bu vaqonların Azərbaycanda da üstünlüklərini tezliklə görəcəyik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar