Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana idxal olunan dərman prosedurunun sadələşdirilməsi - Saxta dərmanlara açılan yol?

İdxal proseduru sadələşdiriləndən sonra ölkəyə gətirilən saxta dərmanlar daha da çoxalmayacaqmı?..

Professor: “Bu işdə korporativ maraqları olan insanlar ölkəyə gətirilən dərmanların ictimaiyyətə açılmasında maraqlı deyillər”.

Ölkəyə daxil olan dərmanların hər birinin istehsal yeri, Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatının olub olmaması dəqiqləşdirilməlidir. Azərbaycanda bu olmadığına görə indi çıxılmaz vəziyyətdə qalıb”.

Bu sözləri Tibb elmləri doktoru Adil Qeybulla ölkəyə gətirilən dərmanlarda prosedurun sadələşdirilməsinin ortaya çıxaracağı nəticələri PİA.az-a şərh edərkən qeyd edib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Nazir müavini bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur.

E.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir: “Düşünürəm ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq”.

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini deyib.

Prosedur sadələşdiriləndən sonra ölkəyə gətirilən saxta dərmanlar daha da çoxalmayacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Ölkəyə gətirilən dərmanların hamısı ictimaiyyətə açıq olmalıdır”.

Bu işdə korporativ maraqları olan insanlar ölkəyə gətirilən dərmanların ictimaiyyətə açılmasında maraqlı olmadıqlarını vurğulayan professor PİA.az-a açıqlamasında əlavə edib ki, idxalçılar ucuz dərman alıb Azərbaycanda baha satmaqda maraqlıdırlar:

“Ölkəyə gətirilən saxta dərmanlar həkimlərlə çoxalmır. Həmin saxta dərmanlar üçün ölkədə formakapiya olmalıdır. Yəni ölkəyə daxil olan dərmanların hər birinin istehsal yeri, Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatının olub olmaması dəqiqləşdirilməlidir. Azərbaycanda bu olmadığına görə indi çıxılmaz vəziyyətdə qalıb.

Həmçinin onu da qeyd edim ki, ölkəyə gətirilən dərmanların hamısı ictimaiyyətə açıq olmalıdır ki, insanlar gətirilən dərmanlara baxsınlar, yoxlasınlar vəs. Bu işdə korporativ maraqları olan insanlar ölkəyə gətirilən dərmanların ictimaiyyətə açılmasında maraqlı deyillər. Onlar ucuz dərman alıb Azərbaycanda baha satmaq üçün maraqlıdırlar. Məsələnin ən problemli tərəfi də elə budur”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar