Cümə axşamı, 02 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksi dərəcələr artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib...

PİA.az-ın məlumatına görə, qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Eyni zamanda aksiz dərəcəsi qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata qaldırılıb.

Aksiz dərəcəsi viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. (APA)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirus qidalar vasitəsilə insana keçə bilərmi?

Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limit artırıldı

Azərbaycanda dollar satışı məhdudlaşdırıldı? - Rəsmi

ABŞ çalxalanır: Tramp “Dərin dövlət”ə təslim oldu…

Koronavirus fəlakətinin iqtisadi nəticələri - Sabiq nazir şərh edir

“Bizi qarşıda çox dəhşətli günlər gözləyir” – ABŞ prezidenti

Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - Siyahı

Bu hallar da xüsusi rejimin pozulması hesab olunacaq

loading...

Ən çox oxunanalar