Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycana gətirilən vaksin virusa qarşı necə immunitet yaradır?

Yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya başlanır. Azərbaycan vətəndaşları Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi vaksinlə peyvəndlənəcəklər. “Sinovac Biotech” şirkətinin vaksininin adı “CoronaVac”dır. Ancaq mediada çox vaxt bu vaksini şirkətin adına uyğun olaraq “Sinovac” adlandırırlar. “CoronaVac” (yaxud “Sinovac”) inaktivləşmiş, yəni təsirsiz, ölü vəziyyətə gətirilmiş virus əsasında hazırlanıb.

Peyvəndlənmə zamanı bu vaksinin köməyilə öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir, insanın hüceyrələri həmin virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Vaksin 28 günlük fasilə ilə iki dəfə (iki doza) vurulanda infeksiyaya qarşı daha dözümlü immunitet yaranır. 

Novator.az saytı “CoronaVac” (“Sinovac”) peyvəndinin özəllikləri barədə ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunmuş yazını ingiliscədən çevirərək illüstrasiyalarla birgə təqdim edib. Yazının müəllifləri Conatan Korum və Karl Zimmerdir. Həmin yazını "AzPolitika.info"nun oxucularına təqdim edirik:

Koronaviruslardan hazırlanan vaksin
“CoronaVac” immun sisteminə SARS-CoV-2 koronavirusuna qarşı antitellər yaratmağı öyrətmək yoluyla təsir edir. Antitellər tikanlı proteinlər adlanan viral proteinlərə yapışır və onların səthini örtür.

“Sinovac” şirkətinin tədqiqatçıları “CoronaVac” vaksinini Çin, Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan pasiyentlərdən koronavirus nümunələri götürməklə hazırlayıblar. Amma vaksinin tam başa gəlməsində əsas rolu Çindən götürülən nümunə oynayıb.

Virusun məhv edilməsi

Alimlər meymunların böyrək hüceyrələrinə çoxlu koronavirus ehtiyatı toplayıblar. Sonra beta-propiolakton adlı kimyəvi maddə ilə virusları təsirsiz hala gətiriblər (söndürüblər). Sonra bu kimyəvi birləşmə koronavirusların genlərinə yapışaraq onları sıradan çıxarıb. İnaktivləşmiş (təsirsiz hala gətirilmiş) koronaviruslar daha replikasiya ola bilməyib (çoxala bilməyib). Amma onların proteinləri, o cümlədən tikanlı proteinlər bütöv, zədələnməmiş qalıb.

Tədqiqatçılar daha sonra inaktivləşmiş virusları kənarlaşdırıb onları yardımçı adlanan çox az miqdarda alüminium əsaslı birləşmə ilə qarışdırıblar. Yardımçıların işi immun sisteminin vaksinə cavab verməsini stimullaşdırmaqdır.

İnaktivləşmiş viruslardan bir əsrdən çoxdur ki, istifadə olunur. Amerikalı virusoloq Conas Solk 1950-ci illərdə poliomielit xəstəliyinə qarşı vaksin hazırlayanda da bu üsuldan yararlanıb. İnaktivləşmiş viruslardan digər xəstəlikərə, o cümlədən quduzluğa və Hepatit A-ya qarşı vaksinlərin hazırlanmasında da istifadə edilir.

İmmunitetin reaksiyası

“CoronaVac” vaksininin tərkibində koronaviruslar ölü olduğundan peyvənd bədənə (qola) vurularkən insan COVİD-19-a yoluxmur. Vaksin vurulandan sonra “antigen təqdim edən hüceyrələr” adlanan immun hüceyrələri orqanizmə daxil olan inaktivləşmiş virusların bəzisini udur.

Antigen təqdim edən hüceyrə koronavirusu kiçik parçalara ayırır və öz səthində bu parçaların bəzisini göstərir. Yardımçı hüceyrə olan T hüceyrəsi həmin kiçik parçaları aşkar edə bilir. Parçalardan biri səthdəki proteinlərdən birinə yerləşdikdə T hüceyrəsi aktivləşir və vaksinə cavab vermək üçün digər immun hüceyrələrinin bir yerə toplanmasına kömək edir.

Antitellərin yaradılması

İmmun hüceyrəsinin B hüceyrəsi adlanan digər növü də inaktivləşmiş koronavirusla rastlaşa bilər.

B hüceyrələrinin çox müxtəlif formalı səthi proteinləri var və koronavirusa pərçimlənmək üçün onlardan bəzisi düzgün forma ala bilir. B hüceyrəsi hədəfinə kilidləndikdə virusun bir hissəsini, yaxud hamısını içinə çəkə və səthində koronavirus parçalarını göstərə bilir.

Koronavirusa qarşı aktivləşən köməkçi T hüceyrəsi də eyni parçaya kilidlənə bilər. Bu baş verən zaman B hüceyrəsi də aktivləşir, səthi proteinlərlə eyni formada olan antitelləri çoxaldıb kənara atır.

Virusun durdurulması

“CoronaVac” vaksini vurulandan sonra immun sistemi canlı koronavirus infeksiyasına cavab verə bilir. B hüceyrələri işğalçı hüceyrələrə yapışan antitellər istehsal edir. Tikanlı proteinləri hədəf alan antitellər virusun hüceyrələrə daxil olmasının qarşısını alır. Digər növ antitellər virusu başqa yollarla bloklaya bilir.

Virusun yadda saxlanması

“CoronaVac” COVİD-19-a qarşı müəyyən müdafiə vəd etsə də, bu müdafiənin nə qədər davam edəcəyini heç kəs deyə bilməz. Aylar keçdikcə antitellərin səviyyəsi aşağı düşə bilər. Amma immun sistemi B yaddaş hüceyrələri adlı xüsusi hüceyrələrə malikdir. B yaddaş hüceyrələri koronavirus haqqında informasiyanı illərlə, hətta on illərlə qoruyub saxlaya bilər.

pia.az


Etiket: CoronaVac
z

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ukraynada müharibə başladı - Separatçılar hücuma keçdi - 20 ölü...

Kanadanın baş nazirinin Anna Akopyanı gözlənilmədən öpməsi görüntüləri yayıldı - Video

Gənc qız sevgilisini yataqda doğradı - Lənkəranda qanlı cinayət 

Ramiz Mehdiyevlə bağlı maraqlı fakt üzə çıxdı - Foto

Bakıda icazəsiz aksiya başladı -Saxlanılanlar var

Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləri

Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü

Möhtəşəm kəşf: Alimlər qan təzyiqini salmağın qeyri-adi yolunu tapdı

“Ən böyük təhlükə Laçın dəhlizindədir...” -Ermənistan silahlı qüvvələrinin oyunu

Ən çox oxunanalar