Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana gələn turistlərin sayı açıqlandı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 17% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib...

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, gələnlərin 28,7%-i Rusiya Federasiyası, 28,7%-i Gürcüstan, 11,2%-i Türkiyə, 6,2%-i İran, hər birindən 2,6% olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8% olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6%-i Küveyt, 1,5%-i Pakistan, 1,4%-i Qazaxıstan, hər birindən 1,1% olmaqla Türkmənistan və İraq, 0,9%-i Böyük Britaniya, hər birindən 0,8% olmaqla İsrail və Özbəkistan, 7,1%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72,3%-ni kişilər, 27,7%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə bu ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2 dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5%), Moldova (30,7%), Qazaxıstan (27,7%), Özbəkistan (26,2%), İran (24,9%), Rusiya Federasiyası (21,7%), Almaniya (20,4%), Ukrayna (18,3%) və Pakistan (17,4%) vətəndaşları arasında qeydə alınıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7% artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2% artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4% artaraq 62,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64%-i dəmir yolu və avtomobil, 35%-i hava, 1%-i isə dəniz nəqliyyatından istifadə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar