Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana Çindən həkimlər gələcək

“İndiyə qədər qısa müddətdə Azərbaycanda modul tipli xəstəxana quraşdırılıb. Əlavə olaraq 6 modul tipli xəstəxana sifariş olunub”.

PİA.az xəbər verir ki, bunu bu gün Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Baş Nazir deyib ki, bu modul tipli xəstəxanalardan biri Naxçıvanda, digərləri Bakı və bölgələrdə quraşdırılacaq: “Bu gün Azərbaycanda xarici ölkələrdən 200-ə qədər həkim var. Ən çox müqavilə Kubadan gələn həkimlərlə 3 aylıq imzalanıb. Türkiyədən gələn 7 həkimdən ibarət heyət Yeni klinikada çalışır. Türkiyədən gələn həkimlər 2 ay müddətində çalışacaqlar. Rusiyadan gələn 20-dən artıq həkim və mütəxəssis Bakı və Sumqayıtda xəstəxanalarda çalışırlar. Cənab Prezident, Çin hökuməti ilə aparılan danışıqlar üzrə kontrakt səviyyəsində müəyyənləşdiririk ki, Sizin tapşırığınızla gəlmiş qruplar gedəndən sonra Çindən həkimlər gəlib onları əvəz edəcək, bu, ardıcıllıqla olacaq. O cümlədən cənab Prezident, öz həkimlərimiz - xaricdə təhsil alan tələbələrimiz, Tibb Universitetində olan həkimlər ilk günlərdən Sizin tapşırığınızla və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu proseslərə cəlb olunub. Bu proseslər davam etdiriləcək”.

pia.az


Etiket: Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar