Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib...

Apasport.az saytının məlumatına görə, yığmamız Ukrayna ilə qarşılaşıb.

Serbiyalı baş məşqçi Milan Obradoviçin yetirmələri rəqibini “Dalğa Arena”da qəbul edib. Matçın ilk yarısı qolsuz başa çatıb.

Fasilədən az sonra millimiz hesabı açıb. Özan Can Kökçü qonaqların qapısına yol tapıb. 65-ci dəqiqədə Ukrayna yığması bərabərlik topunu vurub. Nazari Rusin fərqlənib – 1:1.

Qarşılaşma qollu heç-heçə ilə başa çatıb. Bu, Azərbaycan millisinin 2019-cu ildəki son görüşü olub və yığma ili heç-heçə ilə tamamlayıb.

U-21-lər arasında yoldaşlıq oyunu
19 noyabr
18:00. Azərbaycan - Ukrayna - 1:1
Hakimlər: Orxan Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Bakı. “Dalğa Arena” stadionu

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar