Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN: Şavarş Köçəryan öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur

XİN söylədiyi fikirlərə münasibət bildirib...

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Xankəndidə keçirilən forumda söylədiyi fikirlərə münasibət bildirib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ermənistan xarici işlər nazirinin müavini öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur: “Onun beynəlxalq hüququn “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının Ermənistan Respublikasının təcavüzkar əməlləri ilə dəstəklənən qanunsuz zorakı separatçılıq cəhdləri ilə eyniləşdirməsi tarixi saxtalaşdırmaq və hüquq prinsiplərini yalan əsasında yozmaq deməkdir. Hüquq isə yalanı sevmir və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu sənədlər kifayət qədər açıq dildə və aydın şəkildə yazılıb. Əgər Ş. Koçaryanın BMT Nizamnaməsindən, BMT TŞ qətnamələrindən, ATƏT-in Helsinki Yekun Aktından, eləcə də sovet dövründə qanunsuz separatçı meyllərlə bağlı SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlarından xəbəri yoxdursa, o zaman Ermənistan xarici işlər nazirinin müavininə yalnız təəssüf etmək olar”.

Məlumatda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində hazırlanaraq, həyata keçirilən və məhkəmə qərarı ilə təqsirkar bilinən 92 nəfər arasında ermənilərin olduğu Sumqayıt hadisələrinin təhrif edilməsi onu göstərir ki, növbəti dəfə Ermənistan tərəfi öz məsuliyyətini başqasının üzərinə atmağa cəhd edir: “Bu gün bölgədəki cari vəziyyətin, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin beşdə birinin hərbi işğal altında olmasının, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində olmasının yeganə səbəbi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi təcavüzkar və ilhaqçı siyasətidir. Münaqişənin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ErmənistanAzərbaycan arasında aparılır və aparılan danışıqların əsas prinsipləri və mahiyyəti dəfələrlə həmsədr ölkələri tərəfindən ifadə edilib. Ş. Köçəryanın münaqişənin mahiyyətini və danıqşıqlar prosesini mənasız və əsassız şəkildə təhrif edilməsi cəhdi ucuz erməni təbliğatından başqa bir şey deyil”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar