Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib

Bu barədə nazirliyin “Tvitter” səhifəsində bildirilib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.

Nazirliyin “Tvitter” səhifəsində bildirilib ki, Azərbaycan XİN Ərbil şəhərində Türkiyə Baş konsulluğunun əməkdaşlarına edilən silahlı hücumu qınayır.

“Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq”, – qeyd olunub.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.(azpolitika)

pia.az


Şərh yazın.

loading...