Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN ermənidən daha çox “erməni” olan Zatulini niyə rəsmi qaydada susdurmur?

Nəzərə alsaq ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının komitə sədrinin müavinidir, o zaman bu şəxsin cavabı da Azərbaycanın rəsmi qurumları tərəfindən verilməlidir...

Politoloq: “Konstantin Zatulinin Azərbaycana qarşı qərəzli və düşmən münasibəti heç kəsə sirr deyil. O ermənilərin Moskvada olan əsas lobbiçilərindən biridir”.

“Konstantin Zatulin Dövlət Dumasında komitə sədri olsa da, orada dövlətinin mövqeyini ifadə etmir”.

Bu sözləri politoloq Oktay Qasımov Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Qarabağda olan sülhməramlılar haqqında dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin qalmaqallı açıqlama verib. O, videokörpü vasitəsilə keçirilən tədbir zamanı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib.

Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar. Mən onu da düşünürəm ki, situasiya hazırda inkişaf etdiyi kimi qalsa, müyyən müddət sonra Zəngəzurdakı Rusiya qüvvələrinin gücləndirilməsi baş verəcək. İnsanların Qarabağdan qaçmaması üçün vəziyyət bunu tələb edir. Ermənilərin öz tarixi torpaqlarında yaşaması bizim üçün vacibdir”, deyə Zatulin əlavə edib.

Görünən budur ki, sülhməramlıların Qarabağda daimiliyi artıq Rusiya tərəfindən dilə gətirilməyə başlanılır. Prezident İlham Əliyev isə jurnalistlərə açıqlamasında rus sülhməramlılarının Qarabağda daimi deyil, müvəqqəti olduğunu bildirdi.

Zatulin birinci dəfə deyil ki, Azərbaycan əleyhinə qızışdırıcı bəyanatlar səsləndirir və ermənidən daha çox “ermənilik” edir. Nəzərə alsaq ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavinidir, o zaman bu şəxsin cavabı da Azərbaycanın rəsmi qurumları tərəfindən verilməlidir. Lakin çox təəssüflə qeyd edirik ki, bu günə qədər Zatulinin Azərbaycana qarşı düşmən mövqe sərgiləməsinə, birtərəfli olaraq Ermənistanın mövqeyindən çıxış etməsinə, ölkəmizə qarşı şər və böhtan kampaniyası aparmasına, tarixi həqiqətlləri açıq şəkildə təhrif etməsinə Azərbaycan XİN nə Məmmədyarovun, nə də Bayramovun zamanında bir dəfə də olsun bu Rusiya rəsmisinin cavabını verməyib. Bu da özü-özlüyündə suallar doğurur. XİN niyə Zatulinin bu qışqırdığı bəyanatlarını susqunluqla qarşılayır və Rusiyanın rəsmi mövqeyindən kənar bəyanatlarla çıxış edən və ermənidən daha çox “erməni” olan rus deputatın yumşaq desək, xətrinə dəymir. Halbuki cənab Zatulin çoxdan Azərbaycanın “qırmızı xəttini” aşaraq, Azərbaycan dövlətinə və xalqına meydan oxuyur.

Elə Zatulinin son səsləndirdiyi fikirlərə görə Azərbaycan tərəfi Rusiyaya nota təqdim etməli və Dövlət Dumasının komitəsinin sədr müavinin hərəkətləri ən ağır şəkildə qınanmalıdır. Bu günə qədər səsləndirdiyi fikirlərə görə Zatulin Azərbaycan xalqından dəfələrlə üzr istəməlidir. Lakin çox təəssüflə qeyd etməliyik ki, Azərbaycan XİN bir çox məsələrdə özünəhörmət çərçivəsindən davranmır və Zatulin kimi həddini aşan Rusiya rəsmilərinin cavabını vermir.

Eyni zamanda Konstantin Zatulin Rusiyanın hakim “Vahid Rusiya” partiyasının üzvüdür və biz bu günə qədər Yeni Azərbaycan Partiyasının Zatulinin hədsiz qızışdırıcı fəaliyyətləri ilə bağlı “Vahid Rusiya” partiyasına etiraz ünvanladığın da şahidi olmamışıq.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Zatulin sülhməramlılarının Qarabağda daimi əsaslarla qalmasını deməsinin heç bir əsası yoxdur”.

Sülhməramlıların Qarabağdan hansı yolla çıxmasını gələcəyin göstərəcəyini bildirən politoloq PİA.az-a açıqlaqmsında qeyd edib ki, sülhməramlıların Qarabağda olduğu müddət bitənə qədər bu problem əsaslı şəkildə həllini tapmalı və orada sülhməramlı missiyana ehtiyac qalmamalıdır.:

“Konstantin Zatulinin Azərbaycana qarşı qərəzli və düşmən münasibəti heç kəsə sirr deyil. O ermənilərin Moskvada olan əsas lobbiçilərindən biridir. Zatulin daimi olaraq Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini dəstəkləyib.

Konstantin Zatulin Dövlət Dumasında komitə sədri olsa da, orada dövlətinin mövqeyini ifadə etmir. Təbii ki, bu bizə xoş deyil və Zatulin bu tip açıqlamaları bizdə qəzəb yaradır. Amma Zatulin başa düşməlidir ki, 10 noyabr anlaşmasına görə sülhməramlılarının münaqişə bölgəsində yerləşməsi ilə bağlı konkret tarix müəyyən olunub. Anlaşmada qeyd olunub ki, bu tarixin bitməsinə 6 ay qalmış tərəflərdən biri sülhməramlılarının bölgədən çıxmasını tələb edərsə, bu zaman sülhməramlılar bölgəni tərk edəcək. Amma tərəflər sülhməramlılarının bölgədən çıxmasını tələb etməsələr zaman uzadılacaq.

Buna görə də Zatulin sülhməramlılarının Qarabağda daimi əsaslarla qalmasını deməsinin heç bir əsası yoxdur. Qeyd edim ki, Zatulin, Jirnovski kimi insanların sözlərinə biz diqqət etməliyik, amma onların sözlərindən qıcıqlanmamalıyıq.

Oktay Qasımov: “Mən qəti şəkildə əminəm ki, Azərbaycanda dövlətini, millətini sevən heç bir şəxs öz ölkəsində başqa ölkənin hərbçisini görmək istəmir”.

Hal-hazırda aktiv savaş bitib. Aktiv savaşdan sonra isə təbliğat, psixoloji təzyiq dönəmi başlayıb. Ermənilər, o cümlədən Zatulin kimi tiplər də bu cür savaş növlərindən istifadə edirlər. Onlar Azərbaycanın əleyhinə çalışırlar. Biz sadəcə olaraq diqqətli olmalıyıq və öz haqlı mövqeyimizi müdafiə etməliyik. Ağıllı və səbrli şəkildə öz siyasətimizi aparmalıyıq. Həmçinin də Qarabağın bütün ərazisində suveren haqlarımızı bərpa olması istiqamətində fəaliyyətimizi davam etdirməliyik.

Sülhməramlıların Qarabağdan hansı yolla çıxmasını gələcək göstərəcək. Biz razıyıq ki, sülhməramlıların Qarabağda olduğu müddət bitənə qədər bu problem əsaslı şəkildə həllini tapsın və orada sülhməramlı missiyana ehtiyac qalmasın. Cəmiyyət, millət, dövlət olaraq da bu istiqamətdə fəaliyyət göstəririk.

Mən qəti şəkildə əminəm ki, Azərbaycanda dövlətini, millətini sevən heç bir şəxs öz ölkəsində başqa ölkənin hərbçisini görmək istəmir. Buna görə də düşünmürəm ki, zamanı çatanda bu məsələyə mövqe bildirmək lazımdır. Amma o zaman çatana qədər bütün problemlər öz həllini tapmalıdır ki, artıq Qarabağda sülhməramlılara ehtiyac qalmasın”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar