Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Xalq Cumhuriyyəti Atatürklə əlaqədən niyə imtina edib?

Britaniya arxivlərinin məxfi sənədləri...

“BBC News” Radiosunun Birtaniya arxivlərindən əldə edərək yayımladığı Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid sənədlərdə əsasən ingilis diplomatların təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlar yer alıb.

Bu məktublarda Azərbaycan Demokratik Respublikasına və onun liderlərinə həm inamsızlıq, həm etimad var. Bu sənədlərin içində o dövrün şahidlərinin – ingilis diplomatların məktub və teleqramları yer alıb. Arxivdən həmçinin Əli Mərdan bəy Topçubaşovun məktubları da tapılıb.

Britaniya Xarici İşlər Nazirliyinə ünvnalandırılan müraciətlərində Türkiyə və Qafqazda fəaliyyət göstərən britaniyalı komissarların Azərbaycanın etibarlılığı barədə kəskin şəkildə fərqlənən mövqeləri aydın olub. Azərbaycanın Türkiyə ilə əlaqələrinə dair təyziqlər Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Paris Sülh Konfransında tanınmasından dərhal sonra artıb.

Britaniyanın Konstantinopoldaki (İstanbul) Baş Komissar müavini Admiral Riçard Vebbi ən çox narahat edən, əsasən erməni qəzetlərinin yazılarındakı iddialar olub.

Azpost.info bu maraqlı müzakirələri, britaniyalı rəsmilərin fərqlənən mövqeləri və AXC-nin bununla yanaşı qərarını izah edən sənədləri oxucularına təqdim edir.

İstanbuldan teleqram

Azərbaycanın Paris Sülh Konfransında de-fakto tanınmasından qısa müddət sonra, Britaniyanın Konstantinopoldakı (İstanbula) Baş Komissar müavini Admiral Riçard Vebb Britaniya XIN-nə teleqram ünvanlayıb.

Göndərilib: 25 yanvar 1920

Qəbul edilib: 27 yanvar 1920

Vebb,

Baş Komissar Konstantinopol

Prioritet A

20 nömrəli Tehran teleqramı.

Cənab Vardropa böyük ehtiramla,

Mən qeyd etməliyəm ki, Azərbaycanın münasibətilə bağlı ciddi şübhələrim var.

Biz hazırda hakimiyyətdə olan Müsavat Partiyasının “Gənc Türklər”lə münasibətləri barədə bir-birini tam təkzib edən xəbərlər alırıq. Bakıda Nuri Paşa və Xəlil Paşaya sığınacaq verilməsi orada “Gənc Türklər”in çox sayda dostu olduğunu göstərir. Bizdə olan etibarlı məlumata görə, Azərbaycandan olan nümayəndə heyəti Sivasda bu yaxınlarda keçirilən Panislamçı Konqresdə iştirak edib. Türk zabitləri Azərbaycana sərbəst gedib gəlirlər və hətta orada rəsmən işə götürülürlər. Azərbaycanın de-fakto tanınması burada “İttihad və Tərəqqi” Komitəsi ilə əlaqələri olan qəzetlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Buna baxmayaraq ki, Gürcüstan barədə çox az yazılmışdı. Hər şey Azərbaycanda yüksək təsirə sahib olan elementlər və türk millətçiləri arasında sıx və xoş əlaqələrin olduğuna işarə verir.

Mən 68 nömrəli teleqramımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyətinin buraya səfərindən yaranan imkandan istifadə edərək onlara xatırlatdım ki, de-fakto tanınmaq imtiyazlarla yanaşı öhdəliklər də yaradır. Mən qeyd etdim ki, burada yazılır ki, Türkiyənin müttəfiqlərə qarşı vuruşduğu vaxtı Azərbaycan Türkiyəni dəstəkləmişdi.

Mən qeyd etdim ki, hətta cənab Vəzirovun özünə qarşı türklərlə çox sıx əlaqədə olduğu barədə iftiralı xəbərlər mövcuddur. Cənab Vəzirov bir daha qətiyyətlə ölkəsinin Türkiyə ilə müttəfiq olmaq istəyi və ya niyyətinin olmadığını israr etdi.

Növbəti gün, yanvarın 23-ü yerli fransız dilli erməni qəzeti qeyd etdi ki, etibarlı mənbənin məlumatlna əsasən, Türkiyənin xarici işlər nazirliyi və Azərbaycan nümayəndiliyi arasında 2 ay müddətinə danışıqlar olub və bu danışıqlar şərtləri naməlum olan bir razılıqla nəticələnib.

Aydındır ki, bu bəyanatın mənbəsi çox qərəzlidir. Fəqət burada çox geniş inanılan məlumatlara görə, Azərbaycan və Türkiyə hökuməti və ya Mustafa Kamal arasında az-çox panislamçı ideyalar üzərində bir anlaşma ya əldə edilib ya da ki, hazırda müzakirə olunur.

Azərbaycanı hökumətini rəsmən və cənab Vəzirovun da burada şəxsən bu iddiaları təkzib etmələrinə göstəriş vermək yaxşı olmazdımı?

Ünvanlandırılıb: Xarici İşlər Nazirliyi və Tehran.

Vardropun ilk cavabı

Göndərilib: 27 yanvar 1920

Qəbul olunub: 29 yanvar 1920

Vardrop. Tiflis.

Zati aliləri, sizin mənə, 76 XİN, 6, Tehrana ünvanlandırdığınız 12 nömrəli teleqram.

Xahiş edirəm bundan əvvəlki teleqrama da baxasınız.

Əvvəlcə Müsavat daha sonra isə “İttihad” türk yönümlü siyasəti təqib ediblər. Müsavat bu mövqeni türklərin Azərbaycanı idarə etmək niyyətlərini göstərdikdən sonra tərk edib. “İttihad” isə türkyönümlü mövqeyə sahib çıxdı ki, türklərdən bir silah olaraq istifadə edərək Müsavat məğlub etsinlər. Hazırda “İttihad” mart ayında keçiriləcək seçkilərdə qələbədən əmindir və türkləri tərk edərək bizimlə əlaqələr qurmaq istəyir.

Azərbaycana, tarixində ilk dəfə müstəqil olmağa şansı üçün özünü borclu saydığı bəzi nüfuzlu türklərə sığınacaq verməsi şişirdilməməlidir.

Ünvanlandırılıb: Konstantinopol 39, təkrarlanıb XİN 53, Tehran 30.

Vardropun Azərbaycandan ötürdüyü məlumat

Göndərilib: 5 fevral 1920

Qəbul olunub: 6 fevral 1920

53 nömrəli teleqramınıza cavab olaraq.

Polkovnik Stoksdan aldığım məlumat:

Azərbaycan hökuməti Türkiyə ilə gizli razılıq barədə iddianı Baş Komissarın razılığı ilə ictimai şəkildə təkzib etməyə hazırdır. Onların və türk paşaların buradan çıxarılmasına gəldikdə, mən düşünürəm ki, hazırda onların çıxarılması tələbi ciddi kabinet böhranı yaşamaqda olan hökuməti təhlükəyə sala bilər.

Düşünürəm ki, paşalarla yanaşı bütün türki zabitlər və mənim daha ciddi təhlükə hesab etdiyim rəsmilərin çıxarılması tələbini Azərbaycan ordusu üçün hərbi formalar və sursat formasında verərək dəstəyimizi sübüt etdikdən sonra, lakin silah və patronlar verməmişdən əvvəl vermək yaxşı olar. Çox güman ki, tezliklə hakimiyyətə gələcək “İttihad” partiyasının rəhbəri bildirib ki, türklərin çıxarılmasına qarşı deyil, lakin Nuri paşanın liderlərlə keçmişdəki sıx əlaqələri çətinliklər yarada bilər.

Türk zabitlər çıxarıldıqdan sonra, məncə onların britaniyalı təlimçilər tərəfindən əvəz edilməsi mümkün olacaq. XİN-nin 31 nömrəli teleqramı bildirir ki, bu cür təlimçilərin göndərilməsi hazırda mümkün deyil. Xahiş edirəm ki, bu məsələnin həlli mənim Londona qayıdışıma qədər dondurulsun. Orada ümid edirəm ki, demobilizasiya olunmuş və hazırda işsiz qalmış zabitlər taparam.

 

Ünvanlandırılıb: XİN nömrə 78, təkrar olunub Konstantimopol nömrə 51, Tehran nömrə 33.

Azərbaycanın təkzibi

Göndərilib: 23 fevral 1920

Qəbul olunub: 24 fevral 1920

Vardrop. Tiflis.

Azərbaycan hökuməti Türkiyə hökuməti ilə hər hansı bir gizli və ya gizli olmayan razılığın əldə edilməsinə dair rəsmi təkzibini dərc edib. Xarici işlər naziri mənə bildirib ki, bunun əksinə olan şaiyələr fantaziyadır və heç bir əsası yoxdur.

Ünvanlandırılıb: Konstantinopol 63, təkrarlanıb XİN 115, Tehran 38.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar