Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyə niyə “Demokratiya sammitinə” dəvət olunmadı?

Sammitə dəvət olunan ölkələr arasında reputasiyası, ümumbəşəri dəyərlərə münasibəti xeyli suallar doğuran ölkələr də var...

Politoloq: “Azərbaycan və Türkiyənin “Demokratiya sammitinə” dəvət olunmaması demokratiya mövzusunun özünün siyasiləşməsidir”.

“Bir həftə öncə ABŞ Dövlət Departamentinin rəsmisinə sammitdə Azərbaycanın iştirakı ilə bağlı sual verildi. Dövlət Departamentinin rəsmisi yox demədi. Yəni mümkündür ki, Azərbaycan Demokratiya sammitinə dəvət olunsun”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Azərbaycan və Türkiyənin “Demokratiya sammiti”nə dəvət olunmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Prezidenti Co Baydenin dekabrın 9-10-da keçirməyi planlaşdırdığı virtual “Demokratiya sammiti”nə bir neçə həftə qalır. “Politico” dərgisi noyabrın 3-də həmin sammitə dəvət olunduğu bildirilən ölkələrin siyahısını yayıb.

Azərbaycan və Türkiyənin yer almadığı, Ermənistan və Gürcüstanın adlarının salındığı siyahı hazırda sosial şəbəkələrdə müzakirə olunur.

Qeyd edək ki, sammitə dəvət olunan ölkələr arasında reputasiyası, ümumbəşəri dəyərlərə münasibəti xeyli suallar doğuran ölkələr də var. Bəs hansı səbəblərdən Azərbaycan və Türkiyə “Demokratiya sammitinə” dəvət olunmadı?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “ABŞ variantlar axtarır ki, özünü qlobal miqyasda lider olduğunu göstərsin. Buna görə də belə addımlar atır”.

Bu sammiti ümumi ABŞ maraqlarına xidmət edən qrupun yox, erməni soyqırımının tanınmasını təşkil edən qrupun təşkil etdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, buna görə də Azərbaycan və Türkiyə sammitə dəvət olunmayıb:

Azərbaycan və Türkiyənin “Demokratiya sammitinə” dəvət olunmaması demokratiya mövzusunun özünün siyasiləşməsidir. Hal-hazırda ABŞ-ın qlobal lider kimi kifayət qədər problemləri var. İndi ABŞ variantlar axtarır ki, özünü qlobal miqyasda lider olduğunu göstərsin. Buna görə də belə addımlar atır.

Bayden seçki öncəsi demokratiyaya sadiq qalacağını vəd etmişdi. O Trampı qeyri-demokrat hesab edirdi. Hətta Bayden Trampın dünyada demokratiyaya ciddi zərbə vurduğunu iddia edirdi. Buna görə də hələ o vaxt vəd vermişdi ki, belə sammit keçiriləcək. Amma vəd vermək və onu icra etmək başqa-başqa məsələlərdir.

Demokratiya ilə heç bir əlaqəsi olmayan, terrorla məşğul olan dövlətlər sammitə dəvət olunub. Bu sammiti ümumi ABŞ maraqlarına xidmət edən qrup yox, erməni soyqırımının tanınmasını təşkil edən qrup təşkil edir. Buna görə də Azərbaycan və Türkiyə sammitə dəvət olunmayıb. Amma bu vəziyyəti zərrə qədər dəyişmir.

Bildiyimiz kimi “Demokratiya sammiti” dekabrın 10-da onlayn formata keçiriləcək. Hesab edirəm ki, o vaxta qədər Azərbaycan və Türkiyə sammitə dəvət olunacaq. Bir həftə öncə ABŞ Dövlət Departamentinin rəsmisinə sammitdə Azərbaycanın iştirakı ilə bağlı sual verildi. Dövlət Departamentinin rəsmisi yox demədi. Yəni mümkündür ki, Azərbaycan Demokratiya sammitinə dəvət olunsun”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar