Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Əlcəzair mövcud iqtisadi potensialı reallaşdırmaq niyyətindədir

Azərbaycan və Əlcəzair arasında iqtisadi münasibətlərin istifadə edilməmiş əhəmiyyətli səviyyədə potensialı mövcuddur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra birgə mətbuat konfrasında bildiriblər.

C.Bayramovun sözlərinə görə, enerji daşıyıcılarının ixracını həyata keçirən ölkələr olaraq Azərbaycan və Əlcəzair ilk növbədə enerji, həmçinin investisiyalar sahəsində əməkdaşlıq edə bilər: "Bu sahədə istifadə edilməmiş böyük potensial var".

O, Əlcəzairin XİN rəhbərinin Bakıya səfərinin iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

R.Lamamra iki ölkənin iqtisadiyyat və investisiya sahələrində mövcud olan potensialın istifadə edilməsi üçün əllərindən gələn hər şeyi edəcəyini ümidvar olduğunu bildirib.

“Tezliklə Əlcəzair və Azərbaycan arasında Biznes Şurasının yaradılacağına ümid edirik. Belə ki, iqtisadi əməkdaşlıq üçün çox böyük potensial var. İqtisadi əməkdaşlığın potensialı haqqında daha çox öyrənmək, milli iqtisadiyyatlar və tənzimləmələr haqqında məlumat mübadiləsini həyata keçirmək üçün qarşılıqlı səfərlərimiz olacaq. Bu, sözügedən məsələlərdə lazımi qarşılıqlı anlaşma səviyyəsinə nail olmağa imkan verəcək”, - o vurğulayıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar