Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Çili XİN-ləri arasında məktub mübadiləsi olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Çilinin Xarici İşlər naziri Teodoro Ribera Neumann iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər...

XİN-dən PİA.az-a verilən məlumata görə, E.Məmmədyarov məktubunda həmkarı Azərbaycan Respublikası ilə Çili Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Teodoro Ribera Neumannı təbrik edib.

Məktubda Elmar Məmmədyarov qeyd edib ki, iki dövlət arasında dostluq və qarşılıqlı anlaşma ruhunda genişlənən əməkdaşlıq ikitərəfli və çoxtərəfli dialoqun inkişaf etdirilməsinə imkan verib. Nazir hər iki ölkədə səfirliklərin açılmasının və ötən il Çiliyə rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyini ifadə edib.

E.Məmmədyarov Çilinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Xarici İşlər naziri ötən illər ərzində qurulan əməkdaşlığın hazırkı səviyyəsinin və gələcək tərəfdaşlıq üçün mövcud potensialın iki ölkə arasında əməkdaşlığın ortaq maraqlar naminə daha da genişləndirilməsi üçün böyük imkanlar açdığını qeyd edib. Nazir ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, eləcə də Sakit Okean Alyansına müşahidəçi kimi üzvlüyü çərçivəsində əlaqələrin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində, Çilinin Xarici İşlər naziri Teodoro Ribera Neumann Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Nazir Teodoro Ribera Neumann hər iki ölkədə səfirliklərin açılmasının əhəmiyyətini qeyd edib və Nazir Elmar Məmmədyarovun 2019-cu ildə Çiliyə rəsmi səfərini vurğulayaraq səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Çili Xarici İşlər naziri Azərbaycanın Sakit Okean Alyansına müşahidəçi ölkə kimi üzv olmasını Çili və Azərbaycan arasında əməkdaşlığın inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində ölkəmizə uğurlar arzu edib.

Nazir Çili və Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün aparılan birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

pia.az


Etiket: XİN Çili

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar