Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırılıb

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb...

Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Deniz Aytekinə yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq.

Aytekin ilk dəfə Azərbaycan millisinin oyununa təyinat alsa da, daha öncə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki matçını idarə edib. 2011-ci ildən beynəlxalq təyinat alan hakim Ağdam təmsilçisinin Madriddə İspaniya "Atletiko"su ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada iş başında olub. Türk əsilli referi ötən il Millət Liqasında Uelsin səfərdə Danimarkaya uduzduğu (0:2) görüşü də idarə edib.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oyunlara hazırlıq məqsədilə 11 - 16 noyabrda Bakıda, 17 - 19 noyabrda Slovakiyada təlim-məşq toplanışı keçiriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar